Boğaz və yanaqların tüklərini qırxmaq
Üzün, boğazın və yanaqların tüklərini ülgüclə və ya elektrik maşınlarla qırxmağın hökmü nədir?
Üzün tüklərini (bu şəkildə) qırxmağın işkalı var. Lakin yanaq və boğazın tüklərini qırxmağın işkalı yoxdur.
Üzün tüklərini (bu şəkildə) qırxmağın işkalı var. Lakin yanaq və boğazın tüklərini qırxmağın işkalı yoxdur.
Əgər lazımi araşdırma və məşvərətdən sonra problem həll olmasa, istixarədən istifadə etmək olar.
Siz sözü gedən diyəni iki il ərzində – hər il yarısını verməklə ödəyə bilərsiniz. Vəfat edənin varisləri ilə razılaşma yolu ilə bu müddəti artırmaq da mümkündür.
Ehtiyat budur ki, mütəvəllidən icazə alınsın. Lakin mütəvəlli məscidin mənafeyinə qarşı müxalif mövqe tutarsa və ya laqeyd olarsa, şəri hakimdən icazə alın.
İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.
İşkallıdır. Lakin bir məsciddən digərinə qapı aça bilərsiniz.
İmamzadəyə nəzir etdiyi qoyunun ətini o məkanın ziyarətçilərinə və o yerin fəqirlərinə verməlidir. Belə ki, özü də ziyarətçilərdən biridirsə, ondan bir pay apara bilər.
Heç bir məsələdə təkrar istixarə etmək düz deyil, yalnız bu halda düz olar ki, bir müddət keçsin və ya istixarənin şəraiti dəyişsin.
Məsciddə onlardan istifadə etmək mümkün deyilsə, yaxud məhv olmaq üzrədirsə, onları “əhsənə” çevirmək olar. Yəni onları muzeyə və qeyrisinə sataraq yerinə təzə Quranlar alıb məscidə vəqf etsinlər.
Eybi yoxdur.
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Mal sahibini elan etmək yolu ilə tapmaq mümkün olan yerlərdə elan etmək lazımdır. Bizim zamanımızda elan etmək məscidlərdə deməkdən, camaat çox olan mərkəzlərdə və itən əşyanı tapdıqları yerdə, habelə qəzetlərdə və buna oxşar informasiya vasitələrində elan etməkdən ibarətdir.
Orada müsbət yönlü islami mədəni-maarif işləri aparılırsa və namaz qılanlar üçün maneçilik törədilmirsə, caizdir. Əsil baninin icazəsi də şərt deyil.
Əgər kart ürf (camaat) arasında qumar aləti ünvanından xaric olmuşdursa və yalnız əyləncə kimi istifadə olunursa, mal (pul) udub-uduzmaq olmadan onunla oynamağın eybi yoxdur.
Yalnız zəruri hallarda caizdir. Əgər köynəyin üzərindən tutmaq mümkün olarsa, bu üsluba üstünlük vermək lazımdır.