Heyvanın başını kəsərkən Quran ayələrini səsləndirmək
Heyvanların başını kəsərkən Quran ayələrinin səsləndirilməsi və Allah zikrinin yada salınması kifayət edirmi, yoxsa mütləq heyvanların başını kəsən adamın özü Allahın adını çəkməlidir?
Ehtiyat vacib budur ki, heyvanın başını kəsən adam özü desin.
Heyvanın başını almaz ucluqlarla kəsmək
Heyvanların başını sürətlə və asanlıqla kəsmək üçün olan dəzgahın fırlanan çarxları (bıçaqları) kütləşməsin deyə, almaz layını xüsusi yapışqanla onların iti uclarına möhkəm yapışdırırlar və nəticədə heyvanların başı polad və dəmir vasitəsilə deyil, almaz vasitəsilə kəsilir, baxmayaraq ki, dəmir almazdan 1 millimetr məsafədədir. Heç bir zərurətin olmadığı və vaxtın və ixtiyarın mövcud olduğu təqdirdə bu şəkildə kəsilən heyvanlar halaldırmı?
Eybi yoxdur və halaldır.
Dəzgahı işə salan adamın “Bismillah” deməsi
Allahın adını dəzgahı işə salan adamım özü – hətta əgər başı kəsilən heyvanların yanında və ya qarşısında olmasa və yalnız məsələn, “Ya Allah, ya Allah” şəklində deməlidir, yoxsa başqası da desə kifayətdir?
Allahın adını dəzgahı işə salan adamın özü çəkməlidir və “Ya Allah” demək kifayətdir, habelə onun heyvanların başı kəsilən yerdə olması vacib deyil.
Heyvanların başını dəzgahla kəsərkən “Bismillah” demək
Heyvanların başını kəsəndə dəzgahı işə salarkən bir dəfə Allah-taalanın adını çəkməklə başı kəsilən heyvanların hamısı üçün kifayətlənmək olarmı? Yoxsa onların hər biri üçün, yaxud da dəzgahın imkan verdiyi hər neçəsi üçün bir “bismillah” demək lazımdır?
Əgər maşın mütəmadi şəkildə işləyirsə, bir “bismillah”la bir neçə heyvanın başı kəsilsə belə, ehtiyat budur ki, mütəmadi şəkildə Allahın adı çəkilsin.
Qanı kamil şəkildə çıxmayan başı kəsilmiş heyvan
Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Qanı kamil şəkildə çıxmayan başı kəsilmiş heyvan
Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Heyvanın başını dəzgahla kəsmək
Heyvanların başını kəsmək üçün müasir texniki avadanlıqdan istifadə etmək caizdirmi?
Şəriətdə deyilən şərtlərin hamısına malik olsa, eybi yoxdur.
Stil bıçaqla heyvanın başını kəsmək
Heyvanın başını kəsərkən lazım olan şərtlərdən biri də heyvanın başının dəmir alətlə kəsilməsidir. İndiki zamanda evlərdə adətən stildən olan bıçaqlardan istifadə olunduğunu, dəmirdən olan bıçaqların dəbdən düşdüyünü və camaatın da bu stil bıçaqlarla heyvanların başını kəsdiklərini nəzərə alsaq, onun hökmünü bəyan edin.
Eybi yoxdur.
Heyvanın başını kəsən adamın Bismillah deməsi
Heyvanın başını kəsərkən, kəsən adamın yerinə başqasının “bismillah” deməsi caizdirmi? Heyvanın başını kəsəndə yalnız “bismillah” kəlməsi kifayətdirmi?
“Bismillah” demək kifayətdir və heyvanın başını kəsən şəxsin özü onu deməlidir.
Dəmirlə heyvanın başını kəsmək
Heyvanın başını kəsərkən, kəsici alətin mütləq dəmirdən olması lazımdır, yoxsa hər bir kəsici metal (filiz) kifayətdir?
Hər bir kəsici metal (alət) ilə caizdir.
Ovlanmış balığın qarnında olan ölmüş balığın hökmü
Ovlanmış balığın qarnında ölmüş kiçik balıq olarsa, halal hökmündədir, yoxsa haram?
İşkalsız deyil. Ehtiyat, ondan çəkinməkdir.
Bir Quran kitabı tapmış şəxsin vəzifəsi
Bir müddət qabaq parkda bir Quran kitabı tapmışam. Ona qarşı vəzifəm nədir?
İtirilmiş malların hökmündədir və bizim “Tovzihil-məsail” risaləmizin 2193- cü məsələsindən sonra deyilən göstərişlərə uyğun əməl etmək lazımdır.