Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Vacib namaz üçün təvafı kəsmək

Təvafı kəsilən və ya vacib namaz üçün təvafını kəsən adamın hökmü iki halda: təvafın yarısından keçəndən və ya yarısına çatmazdan əvvəl, nədir?

Caiz, hətta müstəhəbdir ki, vacib namazın fəzilət vaxtına və ya camaat namazına nail olmaq üçün təvafı kəssin, və namaz tamam olandan sonra təvafı tamamlasın və yerdə qalan dövrələri yerinə yetirsin, (bu hökmdə) yarısından ötmək də əsas (şərt) sayılmır.

Təvaf namazı üçün naib tutmağın şərtləri

Təvaf namazı üçün naib tutmaq məsələsində, qiraətini tədricən düzəldə bilən şəxslə, qiraətini düzəltməyə qətiyyən qadir olmayan şəxs arasında fərq varmı?

Əgər tədricən düzəltməyə qadirdirsə, ona vacibdir ki, tədrici şəkildə düzəltsin. Əks halda, namazı qadir olduğu miqdarda qılması caizdir və naib tutması, habelə namazını camaatla yerinə yetirməsi vacib deyil.

Talaqda ərin iddiasını qəbul etmək

Təlaq ərin sadəcə olaraq “Mən ona talaq vermişəm” – deyə iddiası ilə sübuta yetirmi ki, bu sözlərlə qadının ərə getmək hüququ olsun və nəfəqə (xərclik) haqqı qüvvədən düşsün? Yoxsa mütləq iki adil şəxsin şahidliyi ilə olmalıdır?

Bu barədə fəqihlərin arasında fikir ayrılığı vardır. Mərhum Mühəqqiq Qummi özünün “Cameuş-şitat” kitabında və Mühəqqiq Yəzdi “Ürvə” kitabına etdiyi əlavələrdə bu barədə ətraflı şəkildə bəhs açmışlar. Dəlillər məcmusundan məlum olur ki, kişinin sadəcə (belə bir) iddia etməsi ilə verilən talaq işkalsız deyil, əksinə onun üçün dəlil və sübut gətirmək lazımdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت