Qeyri-seyid kişinin seyid qadınla evlənməsi
Seyid olmayan şəxsin seyidə qadınla evlənməsi caizdirmi? Çünki bəzi şəxslər bu qənaətdədirlər ki, nikahda həmtay olmaq şərtdir, seyidə və qeyri-seyid bir-birinə tay deyillər. Bundan əlavə dava-dalaş olacağına ehtimal verilsə, məsələnin hökmü nədir?
Caizdir və Məsum imamların (ə) zamanında belə hallar çox baş vermişdir. Lakin dava-dalaş təhlükəsi olsa, bu işdən çəkinin.