Naməlum mehriyyə mehriyyə
Mehriyə 300 000 tümən və kürəkənin əmlakının yarısından ibarət olarsa, bu mehriyə batil deyilmi?
Bu mehriyə məchul və batildir. Onun yerinə mehrul-misl verilməlidir.
Nişanlılıq dövrünün hədiyyələrini tələb etmək
Kürəkən toydan qabaq öz xanımına hədiyyə ünvanı ilə çoxlu bəzək əşyaları, o cümlədən qızıl və s. almışdır. Qızın yaxınlıqdan boyun qaçırdığını fərz etsək, oğlanın bu bəzək əşyalarını tələb etməyə haqqı varmı? Kürəkənin razı olmadığını biləndən sonra qızın bu zinət əşyalarından istifadə etməsi caizdirmi?
Haqqı var və məsələdə fərz olunan halda qızın o əşyalardan istifadə etməsi caiz deyil.
Möhləti təyin olunan mehriyyəni tələb etmək
Bir qızın mehriyəsinin bir hissəsi möhlətsiz, bir hissəsi də möhlətli şəkildə olmuşdur. Möhlətsiz nəzərdə tutulan məbləği əqd məclisində təhvil almışdır. Möhlətli hissəsi üçün isə müəyyən zaman təyin olunmamışdır. Lakin oğlanın halından və sözlərindən sanki onun ağır mehriyədən imtina etməsi məlum olurdu. Qızın atası isə dedi ki, mehriyəni kim alıb, kim verib. Bunlardan belə başa düşmək olar ki, ödənilmə zamanı toy mərasimindən (yaxınlıqdan) sonradır. Amma qız indi öz valideynlərinin təhrikləri ilə möhlətsiz mehriyəni də almaqda israr edir. Belə bir şəraitdə qız və ya onun valideynləri mehriyənin yerdə qalanını alana qədər toydan boyun qaçırmağa haqları varmı?
Möhlətli mehriyə nəzərə çarpacaq bir zaman fasiləsi ilə ödəniləcəyinə dair dəlillər mövcud olmuşdursa, qızın yaxınlıqdan imtina etməyə haqqı yoxdur.
Qiymətini qeyd etməklə mehriyyənin təyin olunması
Mənim qardaşım on il bundan öncə (1364-cü ildə) evlənib və mehriyə ilə əlaqədar əqdnamədə belə qeyd olunmuşdur: “Bir cild Kəlamullahi-məcid (Quran), 5000 rial hədiyyə etməklə, habelə əlavə olunur, 4000 rial dəyərində 110 kq xörək duzu, 1000 rial dəyərində 100 qram xalis yaşıl ipək, hal-hazırda 900 000 rial dəyərində olan 225 qram keyfiyyətli və tədavüldə olan adi qızıl və hal-hazırda 24 500 000 rial dəyərində olan 700 ədəd “Bahari Azadi” qızıl sikkəsi ki, bütövlükdə 25 410 000 rial edir.” Gördüyünüz kimi, yuxarıdakı mehriyə bütövlükdə pula çevrilmişdir və əqd oxunan zaman ərin də niyyəti və məqsədi qeyd olunan eyni məbləğdir ki, kəbin kəsən şəxs tərəfindən qiraət olunmuş və tərəflər arasında razılaşma və imza olunmuşdur. Hal-hazırda qadın öz mehriyəsini günün qiyməti ilə tələb edir, haqq qadının tərəfindədir, yoxsa kişinin?
Əgər əqd siğəsi icra olunan zaman ibarələr həmin şəkildə oxunmuşdursa və qeyd olunanların hər birinin qiyməti müəyyən olunmuşdursa, həqiqi (real) mehriyə qeyd olunan məbləğdən ibarətdir. Lakin ərin məqsədinin qiymət, qadının isə məqsədinin qiymət yox, sikkə olması tam şəkildə sübut olunsa, sözü gedən mehriyə batil olur və mehrul-misl ödənməlidir.
Mehriyyənin tələb olunan zaman və ya imkan daxilində ödənilməsi
Kişi və qadın, yaxud onların başçı və böyükləri aralarına müqavilə qoyur və mehriyəni təyin edirlər. Sonra mehriyədən iki yüz min tümənini nağd olaraq verilir. Yerdə qalanı isə kişinin öhdəsində qalır və ürf (camaat) tərəfindən belə başa düşülür ki, toy mərasimindən sonra zövcə bunu tələb edə bilər, əri də imkan daxilində ödəməlidir. Necə ki, keçmiş alimlərdə nikahnamələrdə belə qeyd edirdilər: فلها المطالبه بشرط التمکین و له الاداء عند القدره و الامکانLakin indiki zamanda rəsmi nikah dəftərxanaları sözü gedən meyarı nəzərdə tutmadan, yazırlar ki, kişi, mehriyə tələb olunan zaman onu ödəməlidir. Buna əsasən, onların arasında ixtilaf yarananda qadın deyir ki, əri mehriyəni nağd ödəməyincə, təslim olmayacaqdır, üstəlik onun nəfəqəsini də verməlidir. Qadının buna haqqı varmı?
“Mehriyə tələb olunan zaman ödəməlidir”, – deyə şərt olunarsa, qadının mehriyəni tələb etməyə haqqı var. Əgər təslim olmamaqda mehriyənin verilməməyinə istinad olunarsa, nəfəqə də almağa haqqı var. Əgər “ərin imkan daxilində ödəyəcəyi” şərt edilsə və ya ürf və adət baxımından bunu sübut edən dəlillər mövcud olsa, ərin imkanı olmadığı təqdirdə qadının bunu tələb etməyə haqq yoxdur. Belə olan halda təslim olmasa, nəfəqə almağa haqqı yoxdur.

Atanın öz ağıldan naqis övladını evləndirməsi
“Təhrirul-vəsilə” də və digər fiqhi kitablarda qeyd olunmuşdur ki, ata öz səğir (azyaşlı) uşağını evləndirsə və uşaq da fəqir olsa, o qadının mehriyəsi uşağın atasının öhdəsindədir. Onda əgər ata ağıl, qulaq və dil cəhətdən naqis olan, özünün və həyat yoldaşının xərclərini təmin etməyə qadir olmayan böyük övladına arvad alarsa, bu qadının mehriyəsi və nəfəqəsi kimin öhdəsindədir?
Zahirən nəfəqə atanın öhdəsindədir. Əgər mehriyə nağd olsa, o da atanın öhdəsinə düşür. Oğlanın öhdəsinə düşdüyü (mehriyənin nağd olduğu) təqdirdə isə dəlinin sağalacağını gözləmək olar. Sağalmayacağı təqdirdə isə, atanın öhdəsinə düşəcəkdir.
Ər və arvadın təmkin barəsində iddiası
Əgər tərəflər arasında bu səbəbdən fikir ayrılığı olsa və qadın itaətini mehrlə şərt etdiyini iddia etsə, əri isə arvadının hətta mehriyə alacağı təqdirdə belə təslim olmaq fikri olmadığını açıqlasa, eyni zamanda ərin dediklərinin doğruluğunu ehtimal verən dəlillər də mövcud olsa, qadının sırf iddiası ilə ərinə nəfəqə vermək vacib olurmu, yoxsa münaqişəyə möhkəm dəlillər gətirməklə və and içməklə son qoyulmalıdır? Və bu halda kim iddiaçı və kim inkarçı sayılır?
Əgər əri ilə bir yerdə yaşayan qadının davranışından onun təslim olduğunu başa düşmək olursa və əri bunun əksini iddia edirsə, bunu sübut etməlidir. Əgər onun davranışından bunun əksi başa düşülürsə, ərinin iddiası məqbuldur.

Qadının mehriyyəni almadan öncə yaxınlığa razı olmaması
Şiə fəqihlərinin əksəriyyəti buyurmuşlar ki, arvadın qeyri-müəccəl (möhlətsiz) mehriyəni tələb etməyə və düxuldan (yaxınlıq) öncə mehriyəni alana kimi yaxınlıqdan boyun qaçırmağa haqqı var. Habelə buyurmuşlar ki, mehriyəni almaq fərzi ilə təslim olacağı (şərt etməklə itaət edəcəyi) halda nəfəqə almağa da haqqı var. Qadının imtina etmək haqqı yalnız düxula aiddir, yoxsa digər ləzzətlərə və daimi əqdin tələbi olan işlərdə (məsələn, ərin evində yaşamaq, onun razılığı ilə səfərə çıxmaq kimi) ərinə itaət etməyə də şamil olur? Belə ki, bu işlərdə ərinə itaət etməzsə, naşizə (inadkar, ərini incidən arvad) sayılırmı?
Zahir budur ki, qadın öz möhlətsiz mehriyəsini almamış özünü mütləq (qeydsiz-şərtsiz) şəkildə ərinə təslim etməyə bilər və bu müddətdə ərinə vacibdir ki, onun nəfəqəsini versin.

Mehrus-sunnənin qiymətində meyar
İndiki zamanda sikkəli dirhəm olmadığı üçün mehrus-sunnənin qiymətində meyar ümumi gümüşün dəyəridirmi?
Sikkəli dirhəm olmadığı şəraitdə, belə fərz etməliyik ki, əgər mövcud olan gümüş sikkəli və işlənən (tədavüldə) olsaydı, onun qiymətinə nə qədər əlavə olunardı, bu qiymət fərqini təxmini şəkildə hesablayıb ona artıraq. Bu hökmün müstəhəbbi bir hökm olduğuna görə təxmini mühasibələrin burada ziyanı yoxdur.
Mehrus-sünnənin qramla miqdarı
500 dirhəm olan mehrus-sunnənin bir dirhəmi neçə qrama bərabərdir?
Hər dirhəm təxminən 2,5 qramdır. Buna görə də 500 dirhəm təxminən 1250 qram miqdarında olur.
Yaxınlıq etməmək şərti
Daimi nikah əqdində şərt etmək olarmı ki, ərlə arvad arasında yaxınlıq olmasın?
Daimi nikahda işkalsız deyil.