Sərqofli şəklində olan mülkdən alınacaq cərimələr
Neçə illər bundan öncə müəyyən şəxslər mağazaların sərqofli haqqını mağazanın bütün mövcud xüsusiyyətlərini, o cümlədən balkonunu (yarım mərtəbə) görüb, sahibindən almışlar və müamilə şəri və qanuni yolla baş tutmuşdur. 20 ildən çox vaxt keçəndən sonra bələdiyyə idarəsi balkona (yarım mərtəbə) görə bir məbləğdə pul tələb edir. 1) Bu məbləğ pulu kirayəçilər ödəməlidir, yoxsa mağaza sahibinin öhdəsindədir? (Əlavə etmək lazımdır ki, müamilə zamanı yarım mərtəbə şəklində balkon olmasaydı, ya müştəri onu almazdı, ya da müamilə qiyməti fərqli olardı.)2) Əgər müamilə zamanı mağazanın balkonu olmamış və kirayə edən şəxs sonradan sahibinin icazəsi ilə balkonu tikmişdirsə, bu halda bələdiyyə idarəsinin tələb etdiyi pulu kim verməlidir (sahibi, yoxsa kirayəçi) ?
1) Əgər sahibi əvvəlcədən belə halları öz öhdəliyinə götürmüşdürsə və ya ürf (camaat) və ticarət adətləri belə bir öhdəliyi sahibin öhdəsinə qoyurlarsa, bu işi görmək onun öhdəsindədir. Bu iki haldan qeyrisində isə ona heç nə vacib deyil. 2) Bu halda kirayəçinin öhdəsindədir.