Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Şahidlərin öz ifadələrindən dönməsi

Şahidlərin öz verdikləri ifadələri geri götürmələrinin hökmünü bəyan edin.

Şahidlər öz verdikləri ifadələri geri götürsələr, üç şəkli var:1. Hökm çıxarılmazdan öncə; Bu halda məşhur fitva hökmün verilməməyidir.2. Hökm çıxarılandan və iddia olunan əmlak tələf olandan sonra; Məşhur fitvaya əsasən hökm qüvvəsində qalmalı və vurulan zərər şahidlərdən alınmalıdır.3. Hökm çıxarılandan, icra ediləndən və əmlak tələf olandan sonra; burada da fəqih alimlərin böyük əksəriyyəti hökmün öz qüvvəsində qalması və vurulan zərərin şahidlərdən alınması barədə hökm vermişlər.

Gizlində haram işlər qörənlər

Ayrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək; 2) Günah musiqilərin lent yazılarını dinləmək; 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq; 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.

Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

Gözbağlayıcılığı özünə peşə seçmək

Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?

Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.

Qruplar: Peşələr

Ərin talaqdan öncə cinsi yaxınlıq iddiası

Xül’i talaq baş vermişdir, lakin ər iddia edir ki, talaqdan öncə arvadımla yaxınlıq etmişəm, talaq verilən zaman da orada iki adil şahid olmamış, yalnız zahiri baxımdan səlahiyyətli olan mömin insanların şahidliyi ilə talaq oxunmuşdur. Belə bir talaq səhihdirmi?

Sözü gedən talağın hər bir halda səhihliyinə hökm olunur. Ona görə ki, sualda fərz olunanlara əsasən ərin talaqdan öncə yaxınlıq iddiası məqbul deyil. Onun öz etirafına görə şahidlər zahiri baxımdan adil olmuşlar. Biz batinlərə əsasən əməl etməyə vəzifəli deyilik. Buna görə də bu talağın heç bir eybi yoxdur. Yalnız bir halda eybi ola bilər ki, o, öz iddiasını şəri dəlillərlə sübuta yetirmiş olsun.

Mütəvəllisi vəfat etmiş vəqf əmlakları

Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?

1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت