مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس: حروف الفبا جدیدها پربازدیدها

Bəkarətin olmadığı təqdirdə mehriyyənin miqdarı

Əgər kürəkən bəkarətin olmamağı üzündən nikahı fəsx etsə, mehriyyədən nə qədərini ödəməlidir? Bu işdə tədlis olarsa, onu kimdən almağa haqqı var?

Bakirəlik və ya hər bir kamal və qüsursuzluq şərt olunduğu halda – istər əqddə qeyd olunmuş olsun, istərsə də əqddən öncə – əgər bunun əksi sübuta yetərsə, fəsx hüququ vardır. Əgər duxul (yaxınlıq) baş verməyibsə, mehriyyə bütövlükdə götürülür və əgər baş veribsə mehrul-müsəmma (yəni onun kimi eyibsiz qadının adi mehriyyəsi) ödənilir, sonra tədlis edən şəxsdən alır.

دسته‌ها: Mehriyyə

Qazı tərəfindən qadına verilən talaq

Əgər kişi öz arvadının həyatını çətinləşdirib gününü qara edirsə və talaq verməyə də razı olmursa, hansı şəraitdə qazı bu qadının talağını verə bilər?

Onların arasındakı mübahisə həddindən artıq çətin və dözülməz məşəqqətə səbəb olana qədər böyüsə və ər şəxsən talaq verməkdən boyun qaçırsa bu halda talaq vermək qazıya caizdir və qazınin verdiyi talaq ricidir. Lakin (talaq fikrindən) qayıdandan sonra yenə də bir-birləri ilə yola getməsələr, yenidən talaq verəcəkdir. Belə ki, bu talaq üçüncü dəfə veriləndə “bain” talağına çevriləcəkdir.

دسته‌ها: Talağın hökmləri

Mal sahibinin razılığına əmin olmaq

Əgər insan başqasının malına – onun olmadığı vaxtda qəsdən və ya səhvən ziyan vursa və bunu mal sahibinə bildirdiyi təqdirdə etiraz etməyəcəyinə və razılıq verəcəyinə əmindirsə, hökm nədir?

Əgər onun razı olacağına əmindirsə, ona bu barədə məlumat verməsi vacib deyil. Lakin onun zimməsi və öhdəliyi (ehtiyata əsasən) mal sahibi "öz haqqımdan keçdim" deməyincə öhdəsindən götürülməyəcəkdir.

دسته‌ها: Diyə ödəməyin metodu
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی