Hörmətsizlik üzündən qəbrin açılmasının caizliyi
Bir möminin qəbrinin yanında tualet tikilmişdir. Bu iş nəticəsində hətta orada bir Quran surəsini oxumaq belə mümkün deyil. Tualeti ayrı məkana keçirmək üçün məsul işçilərə müraciətlərin heç bir faydası olmadı. İcazə verirsiniz ki, qəbri açıb meyyiti başqa məkana köçürək?
Onlara təzyiq göstərin ki, tualeti başqa məkana köçürsünlər. Məsullara deyin ki, bu iş şəriət baxımından səhih deyil. Çünki möminin qəbrinə hörmətsizlik sayılır. Əgər bu vəziyyətin davam etməsi meyyitin hörmətsizliyinə səbəb olarsa onun digər məkana köçürülməsi caizdir.
Məscidin zirzəmisində ticarət obyektinin inşası
Bir məscid yerdən bir neçə metr hündürlükdə yerləşirsə və zirzəmisi də yoxdursa, məscidin altında mağaza tikib icarə vermək və sərqufli haqqını satıb pulunu məscidə xərcləmək olarmı?
Caiz deyil. Lakin vəqf edən əvvəlcədən bu işi görsəydi caiz olardı. Amma bu iş məscidin nəzdində olan məqsədlər üçün (məsələn, kitabxana və s.) görülərsə, maneəsi yoxdur.
Namaz qılmaq mümkün olmayan məscidin sökülməsi
Bir məscid 60-70 il bundan qabaq inşa edilmişdir. Lakin məkan baxımından münasib yerdə deyil. Yəni qışda o qədər soyuq olur ki, məhəllə camaatının məscidə getməyə və namaz qılmağa gücləri çatmır. Bu məscid bir nəfərin torpaq sahəsinin yanındadır. Onun özü vəfat edib. Lakin övladları iddia edirlər ki, məscid məhəllənin ərbabları tərəfindən zor gücünə tikilmişdir. Halbuki, onlar məscidin ətrafındakı sahibsiz torpaqları və məscidin öz torpağını abad etmişlər. Belə ki, onlar məscidin qapısına kimi əkin sahəsi düzəltmişlər. Bu səbəbdən məhəllə camaatı bir müddət olar ki, münasib bir yerdə yeni məscid tikiblər. Qabaqkı məscid isə xarabalığa çevrilmişdir. Camaatın onun qarşısında vəzifələri nədir? Bu məscidi söküb yerinə ağac əkə və ağaclardan əldə olunan mənfəəti yeni məscidə sərf edə bilərlərmi? Xatırladırıq ki, məhəllə əhalisinin sayı çox deyil ki, onların iki məscidi olsun.
Məscidi sökmək olmaz. Özü uçub xarab olarsa və avadanlığı təhlükə altına düşərsə, onları digər məsciddə istifadə etmək olar. Əgər uçub dağılandan sonra torpağı tam yararsız vəziyyətdə olsa, o torpaqlardan başqa məscidin mənfəəti üçün istifadə etməyin eybi yoxdur. Ətrafdakı torpaq sahiblərinin dedikləri şəri sənəd olmadan etibarsızdır.
Qızın müsalihə dəyəri olaraq ərə verilməsi
Bir məntəqədə iki tayfa arasında münaqişə, çəkişmə baş verir və nəticədə oğlan uşağının gözü görmə qabiliyyətini itirir. Müsalihə dəyəri olaraq 10 yaşlı qızı vəlisinin icazəsi ilə görmə qabiliyyətini itirmiş 8 yaşlı uşağın qardaşının nikahına keçirirlər. Qızın özü iddia edir ki, mən heç vaxt razı olmamışam və indi də razı deyiləm. Qanunda öz işlərinə müstəqil surətdə müdaxilə edə (idarə edə) bilən qız və oğlanın yaşı, 18 yaşdır. Yaşı 18 –dən az olan uşaqlar isə məhkəməyə müraciət etməlidir. Məhkəmə onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini müəyyən etmək üçün mütəxəssis ekspert həkimə göndərir. Ekspert həkim onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini təsdiq edərsə, məhkəmə 18 yaşından əvvəl onların yetkinlikləri barədə hökm çıxaracaqdır. Bu məqamda isə belə bir addım atılmamış, yalnız 16 yaşında zövcələr arasında bu məzmunda iclas protokolu imzalanmışdır ki, qız və oğlanın orta təhsilləri başa çatana kimi öz təhsillərinə davam etsinlər. Qız bu iclas protokolu ilə bağlı iddia edir ki, bu protokolu atam-anam məni təhdid edəndən sonra imza etdim. Belə nikahlar bəzi kəndlərdə adət halını almış və hal-hazırda da mövcuddur. “Təhrirul-vəsilənin” 4- cü məsələsində, “nikah əqdinin vəliləri” (qəyyumları) fəslində qeyd olunmuşdur ki, یشترط فی صحة تزویج الاب و الجد و نفوذه عدم المفسده (atanın və ya babanın öz övladını evləndirməsində və (bu evlənmənin) qüvvədə olmasında fəsad olmaması şərtdir.) və məsələnin axırında da qeyd olunur: بل الاحوط مراعات المصلحة (üstəlik əhvət məsləhətə riayət etməkdir.) Bu, “fəsadın olmaması və məsləhətə əməl olunması” qıza aiddir, yoxsa qızın atasına və qohumlarına? Ümumiyyətlə belə bir əməl düzdür, yoxsa yox?
Məsləhət və fəsadların olmamağına riayət etmək qıza aiddir. Yəni qızın məsləhətləri nəzərdə tutulmalıdır, ata-anaya aidiyyəti yoxdur. Qohumluq əlaqələrini nəzərə almaq və xəsarətlərin əvəzini çıxmaq azyaşlı (səğir) uşağın “müsalihə malı” olmasına əsas vermir. Amma şəriət baxımından böyük (həddi-buluğa çatmış, yetkin) şəxs barəsində aydındır ki, onun razılığı olmadan nikah əqdi səhih deyil.

Hicaba riayət etmədiyinə görə kötəkləmək
Bir kişiyə məhrəm olan qadınlardan biri şəri hicaba laqeydlik göstərirsə, onu qane etmək üçün müxtəlif metodlardan istifadə edərsə və heç bir müsbət nəticə əldə etməzsə, kişinin bu işə görə onu vurmağa haqqı varmı?
Şəriət hakiminin icazəsi olmadan “əmr be məruf və nəhy əz münkər” adı ilə vurmaq caiz deyil.

Bir kişinin arvadlarının nəvələrinin bir-birinə məhrəmlikləri
Bir kişinin iki arvadı və onların hər birindən övladı var. Bilirik ki, bu qadının oğlan övladları və oğlan övladlarının övladları o biri qadına məhrəmdirlər. Sual budur ki, o qadının qız övladları da (birinci qadının qız nəvəsi) ikinci qadına məhrəmdirlərmi?
Qız və oğlan nəvələrinin hamısı o qadına məhrəmdirlər. Çünki atanın arvadı və babanın arvadı məhrəmlərdən sayılır.
Birinci arvadın kürəkəninin ikinci arvada məhrəmliyi
Bir kişinin iki arvadı və hər arvaddan bir neçə qızı var. Qızların hamısını ərə vermişdir. Bu qızların ərləri o kişinin digər arvadına məhrəmdirlər? İstər bu qızlardan, istər o biri qızlardan olan övladlar və nəvələr o kişinin digər qadınlarına məhrəmdirmi?
Uşaqlar və nəvələr kişiyə və qadına məhrəmdirlər. Lakin bir qadının kürəkəni digərinə məhrəm deyil.
Qızının və həyat yoldaşının naibliyi
Bir kişi onun üçün həcc yerinə yetirməyi vəsiyyət etmişdir. Qızı və ya arvadı onun əvəzinə naib olub həcci yerinə yetirə bilərmi?
Müəyyən bir şəxsi öz vəsiyyətnaməsində qeyd etməmişdirsə, qızı və həyat yoldaşı da onun əvəzində naib ola bilərlər.
Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın
Bir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?
Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir. - Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.

Yaxınlıq etmədən hamilə olan qadın
Bir kişi evlənmişdir, lakin hələ düxul (yaxınlıq) etməmişdir. Amma qadın, uşaqlıqda süni mayalanma yolu ilə hamilə olmuşdur. Talaqdan sonra mehriyənin vəziyyəti necə olacaqdır?
Əgər kişi qadının hamilə olmasına bais olmuşdursa, ehtiyat vacib budur ki, düxul etməsə belə mehriyənin hamısını ödəsin.