Zəkat və sədəqə verməyin forması
Məsələ 1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.
Məsələ 1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.
Məsələ 1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.
Məsələ 1680: Zəkatı verənin məntəqəsində müstəhəq tapıldığı halda da zəkatı ayrı bir məntəqəyə apara bilər. Lakin, onu aparmaq xərcləri onun öhdəsindədir və hətta, şəriət hakiminin icazəsi ilə aparsa belə, əgər zəkat tələf olsa, vacib ehtiyata əsasən, zamindir.
Məsələ 1681: Zəkat verdiyi buğda, arpa və sairənin ümumi xərcləri onun öz öhdəsindədir.
Məsələ 1682: Vacib ehtiyata əsasən, hər bir fəqirə gümüş zəkatının birinci nisab həddindən (2 misqal və 15 noxud qədər) az verməsin. Əgər buğda, arpa kimi bir şeylərdən zəkat verirsə, yenə də qiyməti o miqdardan az olmamalıdır.
Məsələ 1683: İnsanın müstəhəqqə verdiyi zəkatı onun özünə satmasını istəməsi məkruhdur. Lakin, müstəhəqq şəxs aldığı zəkatı pula çevirmək istəsə, zəkatı ona verən şəxs başqalarından öndədir.
Məsələ 1684: Əgər vacib zəkatı ödəyib-ödəmədiyində şəkk etsə, hətta onun şəkki qabaqkı illərin zəkatına aid olsa belə, mütləq ödəməlidir.
Məsələ 1685: Fəqirin, miqdarından az olan zəkatla razılaşmaq, onun qiymətindən baha olan bir şeyi almaq və yaxud zəkatı malikdən alıb özünə bağışlamaq haqqı yoxdur. Hətta bir şəxsin çoxlu zəkat borcu olsa, fəqir olub, zəkatı ödəyə bilmədiyindən, digər borcları kimi, (bu da) onun öhdəsində qalır və (zəkatı) alıb ona bağışlamaq işkallıdır.
Məsələ 1686: İnsan zəkatla İslami hədəflərin inkişafında tə’sirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.
Məsələ 1687: Fəqir şəxs Həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkat ala bilər. Lakin, illik xərcləri qədər zəkat alıbsa, ziyarət və bu kimi yerlər üçün zəkat alması işkallıdır.
Məsələ 1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.
Məsələ 1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.