مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباشماره مسئله
مسئله شماره 1738İstitaətin hökmləri

Həcc karvanının xidmətçiləri

Məsələ 1738: Əgər bir şəxsə və yaxud karvanda qulluq etmək üçün bir nəfəri əcir etsələr və bu minvalla öz həccini yerinə yetirsə, bu, onun vacib həcci hesablanır. Lakin, belə bir həcci qəbul etmək vacib deyil.

مسئله شماره 1740İstitaətin hökmləri

Həcc əməllərini başqasının əvəzinə yerinə yetirmək üçün pul almaq

Məsələ 1740: Həcc məsələlərini bilən şəxs, əvvəllər həcc yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, başqaları tərəfindən həcc əməllərini yerinə yetirmək üçün əcir ola bilər. Lakin, özü yerinə yetirə bilmədiyi halda onu (həccə məsələlərini yerinə yetirməyi ) özgəsinə tapşıra bilməz. Əgər pul sahibinin icazəsi ilə olsa, istisnadır.

مسئله شماره 1745İstitaətin hökmləri

Cismani qabiliyyətini itirmiş müstəti insan

Məsələ 1745: İstitaətli olan şəxs həcc yerinə yetirməsə və sonra fiziki sağlamlığını əldən verərsə, belə ki, şəxsən həcc əməllərini yerinə yetirə biləcəyindən ümidsiz olsa, gərək öz tərəfindən başqa birisini həccə göndərsin. Bir nəfərin maddi imkanı yaxşı olsa, lakin, qocalıq və yaxud xəstəlik üzündən gücü olmasa, ona həcc vacib deyil. Lakin, müstəhəb ehtiyata əsasən, əcir tutsun.

مسئله شماره 1746İstitaətin hökmləri

Həcci yerinə yetirmiş insana həccin müstəhəb olması

Məsələ 1746: Bir dəfə vacib həcc yerinə yetirən şəxsin ikinci dəfə həcc yerinə yetirməsi müstəhəbdir. Əgər hacıların həddindən artıq izdihamı ilk dəfə həccə gedən hacılar üçün sıxıntı yaradacaqsa, müstəhəb həcci müvəqqəti olaraq təxirə salmaları yaxşıdır. Həmçinin, növbə tutulan vaxt öz növbələrini ilk dəfə vacib həcc yerinə yetirələnlərə vermələri yaxşıdır.Əgər Allah evinin bir il zəvvarsız qalması fərz edilsə, şəriət hakiminə bir dəstəni, hətta vacib həclərini yerinə yetirmiş olsalar belə, həcc (əməllərini) yerinə yetirmək üçün göndərməsi vacibdir.

مسئله شماره 1748Müamilələr (ticarət)

Vacib və müstəhəb ticarətlər

Məsələ 1748: Həyat yoldaşı və uşaqlarının xərclərini ödəyə bilməyən şəxslərin ticarət, əkinçilik, sənət və s. vasitələrlə (onların) məişətlərini təmin etmək, həmçinin, rejimin qorunması, İslam cəmiyyətinin ehtiyaclarını ödəmək üçün çalışmaları, işləmələri, qazanc əldə etmələri vacibdir. (Sözü keçən işlər) başqa hallarda, xüsusi ilə, fəqirlərə kömək, ailənin rifahını genişləndirmək üçün təkid edilmiş müstəhəbdir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی