Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
چینش بر اساس:حروف الفباشماره مسئله
مسئله شماره 882Qiyam (Ayaq üstə dayanmaq)

Unutqanlıq üzündən hərəkət

Məsələ 882: Əgər həmd-surə üçün qiyam halında durduğu zaman unudub bədənini və ayaqlarını tərpətsə, eləcə də bir tərəfə əyilsə namazı batil deyil. Amma “təkbirətül-ehram” və rükuya bağlı qiyam zamanı hərəkət etsə vacib ehtiyata əsasən, namazını tamamlayıb yenidən qılmalıdır.

مسئله شماره 885Qiyam (Ayaq üstə dayanmaq)

Namazda hərəkət

Məsələ 885: Namazda bir qədər irəli getmək və ya geri çəkilmək istədikdə eləcə də, sağa və ya sola hərəkət etmək lazım gəldikdə, bir şey deməməlidir. Amma “Bi həvlillahi və quvvətihi əqumu və əqud” zikri ayağa qalxarkən deyilməlidir.

مسئله شماره 887Qiyam (Ayaq üstə dayanmaq)

Hərəkət halında zikr demək

Məsələ 887: Əgər hərəkət halında zikr desə, məsələn, rükuya və ya səcdəyə gedərkən onun təkbirini deyərsə,namazı düzdür amma xilaf etmişdir. Lakin qəsdi yalnız zikr etmək olsa eybi yoxdur. Yə’ni məqsədi səcdədən öncəki zikr yox, sadəc Allahı namazın hər yerində zikr etmək yaxşı olduğu üçün təkbir demiş olarsa eybi yoxdur.

مسئله شماره 888Qiyam (Ayaq üstə dayanmaq)

İxtiyarsız hərəkət edən adamın vəzifəsi

Məsələ 888: Əgər həmd-surənin qiraəti zamanı və ya təsbihat söyləyərkən ixtiyarsız olaraq farağat halını pozacaq hərəkət etsə, məsələn, cəmiyyət arasında ona çiyinləri dəyib hərəkətə gətirsələr, vacib ehtiyat budur ki, bədəni aramlaşdıqdan sonra hərəkət zamanı dediklərini bir daha desin.

مسئله شماره 890Qiyam (Ayaq üstə dayanmaq)

Ayaq üstə namaz qıla bilməyənin vəzifəsi

Məsələ 890: Ayaq üstə namaz qıla bilməyən şəxs oturub qılmalıdır. Amma əsa və ya divara söykənməklə, ayaqlarını aralı qoymaqla dayana bilirsə, dayanıb namaz qılmalıdır. Bu iş məşəqqətə səbəb olarsa oturub namaz qıla bilər. Eləcə də, oturaq vəziyyətdə bir şeyə söykənərək namaz qıla bildikdə uzanıb qılmamalıdır. Oturub qıla bilmirsə, sağ tərəfi üstə uzanıb qılmalıdır. Bu vaxt bədənin ön hissəsi qibləyə olmalıdır. Sağ tərəfi üstə uzana bilmədikdə sol tərəfi üstə uzanıb qılmalıdır. Bu da mümkün olmadıqda, arxası üstə uzanıb qıla bilər. həmin vaxt ayaqlarının altı üzü qibləyə olmalıdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی