Tərkibində spirt olan maddələr
Tərkibində spirt olan hər maye haramdır?
Əgər camaatın nəzərində müskir – məstedici deyildirsə, eybi yoxdur.
Əgər camaatın nəzərində müskir – məstedici deyildirsə, eybi yoxdur.
Texniki-tibbi spirt pakdır. Lakin məst edici spirtli içkilər (paklıq baxımından) işkallıdır.
Sizin mübarək nəzərinizə görə spirtli içkiləri saxlamağın hökmü nədir?
Vəhdəti-vücud bəzən vücud məfhumunun vəhdəti mənasındadır. Bunun eybi yoxdur. Bəzən də həqiqətin vəhdəti deməkdir. Məsələn, günəş nurunun və çıraq nurunun həqiqəti kimi, belə ki, ikisi də bir həqiqətdir, lakin xarici nümunələri fərqlidir. Bunun da eybi yoxdur. Bəzən isə vücudun xarici nümunələrinin vəhdəti mənasında işlənir. Yəni varlıq aləmində Allahın vücudundan başqa vücud yoxdur. Hər şey onun zatının özüdür. Bu söz küfrə bərabərdir. Fəqih alimlərin heç biri bunu qəbul etməmişdir.
: "Vəhdəti-vücud"un müxtəlif mənaları var. Qəti şəkildə batil olan və bütün fəqihlərin əqidəsinə görə İslamdan xaric olmağa səbəb olan budur ki, bir kəs Allahın aləmdə olan varlıqların eynilə özü olmasına etiqad bəsləsin. Etiqadı bu olsun ki, heç bir xaliq-məxluq, abid-məbud yoxdur. Eləcə də cənnət və cəhənnəm də onun vücudunun eyni olmasına inansın. Bu da dinin danılmaz məsələlərini inkar etməyə gətirib çıxarır. Hər kəs bunun tələblərini qəbul edərsə İslamdan çıxmışdır. Həyatda olan və ya vəfat etmiş müasir fəqihlərin əksəriyyəti bu mövzunu qəbul etmiş və "Ürvə"-nin haşiyəsində buna işarə olunmuşdur.
Bu böyük alimlərin (rizvanullah taala ələyhim) heç birinin yuxarıdakı sualda üçüncü mənada işlənən vəhdəti-vücuda etiqadları olmayıb. Bu etiqadı onlara isnad etmək onlara qarşı hörmətsizlikdir.
"Ürvətul-vusqa"ya, onun haşiyələrinə və şərhlərinə baxın.
Məcuslar Əhli-kitabın hökmündədirlər.
Ehtiyata görə ictinab etmək (çəkinmək) lazımdır. Lakin xarici səfərlərdə və ya öz mühitində onlara ehtiyacı olan şəxslər bu hökmdən istisnadır.
Zərurət halında Əhli-kitabdan ictinab etmək (çəkinmək) vacib deyil və ondan (onlara toxunduqdan, əl vurduqdan) sonra paklamaq lazım deyil.
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.
Paltar və ya itin bədəni nəm olmasa nə paltar nəcis olur, nə də məscid?