Həyat yoldaşının icazəsi ilə istimna
Evli bir şəxs, öz qadınının icazəsi ilə istimna edirsə, bu istimna haramdırmı?
Əgər bu istimna arvadı ilə eşqbazlıq etməklə baş versə, eybi yoxdur. Amma əgər özü istimna etsə, istər arvadının razılığı ilə olsun, istərsə olmasın, haramdır.
Zinadan qaçmaq üçün istimna
Əgər insan zinadan canını qurtarmaq üçün istimna etsə, bu əməl caizdirmi?
Bir günahdan qurtarmağın yolu başqa bir günah etmək deyil. İnsan ya evlənmək fikrində olmalı, ya da oruc tutmaqla, idman etməklə və bu kimi işlərlə özünü günahdan saxlamalı, başqa günaha pənah gətirməməlidir.
Təxəyyüllə istimna etmək
Təxəyyül və fikirləşməklə (şəhvət mənzərələrini gözləri önündə canlandırmaqla) istimna etmək mümkündürmü? Əgər bu halda insandan maye çıxarsa, onun hökmü nədir?
Təxəyyüllə istimna etmək tamamilə mümkündür. Lakin məninin (spermanın) əlamətləri olmayan şübhəli bir maye çıxarsa və yaxud məninin əlamətlərindən bəzisi onda olarsa, məni sayılmır.
Zərurət hallarında sperma çıxarmaq
Məninin bədəndə qalmasının insan orqanizminə ziyanı olacağı təqdirdə istimna etməklə onu çıxarmağın hökmü nədir?
Adətən, belə hallarda məni yuxuda ikən xaric olur və başqa bir işə də ehtiyac yoxdur.
Meyit qüslü bitmədən öncə sıçrayan su
Sidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.
Meyit qüsllərindən birinin yaddan çıxması
Əgər səhvən meyyitə verilməsi vacib olan üç qüslün biri verilməsə, hökmü nədir?
Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.
Qadın, yoxsa kişi olması məlum olmayan şəxsin meyit qüslü və namazı
Bir şəxs vəfat etmişdir. Lakin qadın və ya kişi olması məlum deyil. Bu şəxsin namaz və qüslü necə olmalıdır?
Əgər məqsəd xonsadırsa (həm kişilik, həm də qadınlıq əlamətləri olan adam), gərək ona məhrəm olanlar qüsl versinlər. Məhrəmi olmasa qadın və kişilərdən hər biri ona qüsl verə bilərlər. Namazda da ehtiyata əməl etsinlər.
Mütəmadi şəkildə qan ləkəsi görən qadın
Bir neçə ay mütəmadi şəkildə ləkə görən qadının hökmü nədir? Bunu da əlavə etmək lazımdır ki, həkimlər ehtimal verirlər ki, bu qanlar daxili yaralarla bağlıdır.
Məsələnin iki şəkli var. Əgər bu qanın yara, çiban və uşaqlığın qanı olması sübuta yetsə qüslü yoxdur, və adi haldakı kimi dəstəmaz almalı və namaz qılmalıdır. Lakin bətnin arizələrindən irəli gəlirsə istihazədir. Belə ki, azacıq ləkə görmək həddində az olarsa, hər namaz üçün dəstəmaz alması lazımdır, Qüslü də yoxdur. Bədəni yumalı, namaz qılmalıdır. Əgər qanın cərəyanı olsa, qüsl vacib olur. (Bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazları üçün və üçüncü qüsl məğrib və işa namazları üçün.) Əgər qüslün ona zərəri və ya kəskin məşəqqəti varsa təyəmmüm ala bilər.
Heyzli qadının cənabət qüslü
Qadın cünub (cənabətli) olan halda aylıq adəti çatarsa və ya aylıq adət halında cünub (cənabətli) olarsa həmin halda cənabət qüslü ala bilərmi?
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.
Uşağın ana qanından qidalanmasında məqsəd
436-cı məsələdə qeyd etmişsiniz ki, “Heyz, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Nütfə bağlanan zaman uşağın qidasıdır.” Bu məsələ aşağıda şərhi verilən məsələləri nəzərə almaqla elmi meyarlarla müvafiq deyil. Buna görə də xahiş edirik ki, daha artıq izah edəsiniz. Hər bir baliğ qadında yaisəlikdən öncə aylıq adət dövrü adətən aşağıdakı mərhələlərdən ibarətdir:1) Rəhimin (uşaqlığın) həcminin artması dövrü. Bu mərhələdə qadının bətni strogen hörmonlarının ifrazı nəticəsində qalınlaşır. Bətnin divarlarının qalınlaşması onun uşağı qəbul etməsi üçün hazırlaşmasına görədir. 2) Hamiləlik baş verərsə və rüşeym əmələ gələrsə, mövcud rüşeym bətnin borularından keçib bətnə daxil olur. Bu qalın və qanla dolu layı özünə yuva seçir. Rüşeym burada bir müddət qan vasitəsi ilə daşınan qida maddələri ilə qidalanır və inkişaf edir. Həqiqətdə rüşeym qida kimi qanın özündən qidalanmır. Yalnız qan vasitəsilə nəql olunan oksigen və qida maddələrindən istifadə edir. 3) Yuva seçimindən təxminən üç həftə sonra ciftin əsası qoyulur. Burada ciftin vəzifəsi bətnin qalınlaşmış toxumalarından oksigen və qida maddələrini alıb göbək bəndi vasitəsilə rüşeymə ötürməkdir. Habelə rüşeymin həyat fəaliyyətlərindən əmələ gəlmiş karbon qazlarını ananın qanına ötürür. Ciftin digər vəzifəsi isə analıq hormonlarının ifrazıdır ki, bu da aylıq adətin qarşısını alır. 4) Hamiləlik baş verməsə bətnin qalınlaşmış və qanla dolu divarları xarab olaraq sökülməyə başlayır ki, bu da aylıq adət adı ilə məşhurdur. Qanaxma qurtarandan sonra bətnin divarları yenidən rüşeymin qəbul edilməsinə hazırlaşır. Yəni qalınlaşmağa və qanla dolmağa başlayır. Buna görə də qadın hamilə olanda yuxarıda sözü gedən xas hormonların ifrazı üzündən adətən qanaxma keçirmir. (Nəinki, rüşeym o qanı yeyir.) Yəni əsas etibarilə qanaxma baş vermir ki, rüşeym onu yesin. 5) Yuxarıda sadalanan bütün mərhələlərə müxtəlif hormonların ifrazı sayəsində nəzarət olunur. Əgər bu hormonları iynə və ya yemək vasitəsilə qadına təzriq etsək, aylıq qanaxma baş verməyəcəkdir. Bütün bunları nəzərə alsaq qanı hansı şəkildə uşağın qidası adlandırmaq olar?
Burada bətnin divarlarının qan sızdırdığı və rüşeymin onu yediyi nəzərdə tutulmamışdır. Məqsəd budur ki, hamiləlik zamanı qan ananın damarlarında toplanır, cift vasitəsilə və ya digər yolla rüşeymə ötürülür. Qida maddələrini və oksigeni rüşeym həmin ana qanından alır. Necə ki, süd verən zaman adətən aylıq adət baş vermir. Çünki, qanın bir hissəsi südə çevrilib körpənin yeməyi olur. Əgər desək ki, qan uşağın yeməyidir, məqsəd sizin yazdığınız yox, bu mənadır.