Məninin ixtiyarsız çıxması
Mənisi ixtiyarsız çıxan şəxsin vəzifəsi nədir?
: Məninin çıxması hər şəkildə olursa olsun, qüslə səbəb olur. Bu şərtlə ki, yəqini olsun. Əgər prostatın əməlinə (fəaliyyətinə) görə məni zərrələri bövldə aradan gedərsə, cənabətə səbəb olmur.
Cunub şəxsin məsciddə dayanması
Cünub (cənabətli) olan şəxs qüsl etdiyi təqdirdə dərsə çatmayacağını bilirsə, onun təyəmmümlə məsciddə dayanması caizdirmi?
Gərək əvvəlcə qüsl edib sonra dərs sinfində iştirak etsin.
Məninin qalığının uşaqlıq kanalından çıxması
Qadın, əri onunla cinsi yaxınlıq edəndən sonra ərinin mənisinin ondan xaric olması üçün qüsldən qabaq bir qədər gözləməlidir? Əgər dərhal qüsl alsa və ondan şübhəli su və ya rütubət çıxsa, vəzifəsi nədir?
Qüslü yoxdur. Lakin məni olması yəqindirsə, özünü paklamalıdır.
Mütəmadi şəkildə qan ləkəsi görən qadın
Bir neçə ay mütəmadi şəkildə ləkə görən qadının hökmü nədir? Bunu da əlavə etmək lazımdır ki, həkimlər ehtimal verirlər ki, bu qanlar daxili yaralarla bağlıdır.
Məsələnin iki şəkli var. Əgər bu qanın yara, çiban və uşaqlığın qanı olması sübuta yetsə qüslü yoxdur, və adi haldakı kimi dəstəmaz almalı və namaz qılmalıdır. Lakin bətnin arizələrindən irəli gəlirsə istihazədir. Belə ki, azacıq ləkə görmək həddində az olarsa, hər namaz üçün dəstəmaz alması lazımdır, Qüslü də yoxdur. Bədəni yumalı, namaz qılmalıdır. Əgər qanın cərəyanı olsa, qüsl vacib olur. (Bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazları üçün və üçüncü qüsl məğrib və işa namazları üçün.) Əgər qüslün ona zərəri və ya kəskin məşəqqəti varsa təyəmmüm ala bilər.
Heyzli qadınla qüsl almadan öncə yaxınlıq etmək
Heyzlə qan kəsiləndən sonra və qüsl almamışdan qabaq yaxınlıq etmək caizdirmi?
Caizdir. Lakin ehtiyat müstəhəb, bu işi tərk etməkdir.
Heyzli qadının cənabət qüslü
Qadın cünub (cənabətli) olan halda aylıq adəti çatarsa və ya aylıq adət halında cünub (cənabətli) olarsa həmin halda cənabət qüslü ala bilərmi?
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.
Heyzli qadının cənabət qüslü
Qadın cünub (cənabətli) olan halda aylıq adəti çatarsa və ya aylıq adət halında cünub (cənabətli) olarsa həmin halda cənabət qüslü ala bilərmi?
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.
Uşağın ana qanından qidalanmasında məqsəd
436-cı məsələdə qeyd etmişsiniz ki, “Heyz, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Nütfə bağlanan zaman uşağın qidasıdır.” Bu məsələ aşağıda şərhi verilən məsələləri nəzərə almaqla elmi meyarlarla müvafiq deyil. Buna görə də xahiş edirik ki, daha artıq izah edəsiniz. Hər bir baliğ qadında yaisəlikdən öncə aylıq adət dövrü adətən aşağıdakı mərhələlərdən ibarətdir:1) Rəhimin (uşaqlığın) həcminin artması dövrü. Bu mərhələdə qadının bətni strogen hörmonlarının ifrazı nəticəsində qalınlaşır. Bətnin divarlarının qalınlaşması onun uşağı qəbul etməsi üçün hazırlaşmasına görədir. 2) Hamiləlik baş verərsə və rüşeym əmələ gələrsə, mövcud rüşeym bətnin borularından keçib bətnə daxil olur. Bu qalın və qanla dolu layı özünə yuva seçir. Rüşeym burada bir müddət qan vasitəsi ilə daşınan qida maddələri ilə qidalanır və inkişaf edir. Həqiqətdə rüşeym qida kimi qanın özündən qidalanmır. Yalnız qan vasitəsilə nəql olunan oksigen və qida maddələrindən istifadə edir. 3) Yuva seçimindən təxminən üç həftə sonra ciftin əsası qoyulur. Burada ciftin vəzifəsi bətnin qalınlaşmış toxumalarından oksigen və qida maddələrini alıb göbək bəndi vasitəsilə rüşeymə ötürməkdir. Habelə rüşeymin həyat fəaliyyətlərindən əmələ gəlmiş karbon qazlarını ananın qanına ötürür. Ciftin digər vəzifəsi isə analıq hormonlarının ifrazıdır ki, bu da aylıq adətin qarşısını alır. 4) Hamiləlik baş verməsə bətnin qalınlaşmış və qanla dolu divarları xarab olaraq sökülməyə başlayır ki, bu da aylıq adət adı ilə məşhurdur. Qanaxma qurtarandan sonra bətnin divarları yenidən rüşeymin qəbul edilməsinə hazırlaşır. Yəni qalınlaşmağa və qanla dolmağa başlayır. Buna görə də qadın hamilə olanda yuxarıda sözü gedən xas hormonların ifrazı üzündən adətən qanaxma keçirmir. (Nəinki, rüşeym o qanı yeyir.) Yəni əsas etibarilə qanaxma baş vermir ki, rüşeym onu yesin. 5) Yuxarıda sadalanan bütün mərhələlərə müxtəlif hormonların ifrazı sayəsində nəzarət olunur. Əgər bu hormonları iynə və ya yemək vasitəsilə qadına təzriq etsək, aylıq qanaxma baş verməyəcəkdir. Bütün bunları nəzərə alsaq qanı hansı şəkildə uşağın qidası adlandırmaq olar?
Burada bətnin divarlarının qan sızdırdığı və rüşeymin onu yediyi nəzərdə tutulmamışdır. Məqsəd budur ki, hamiləlik zamanı qan ananın damarlarında toplanır, cift vasitəsilə və ya digər yolla rüşeymə ötürülür. Qida maddələrini və oksigeni rüşeym həmin ana qanından alır. Necə ki, süd verən zaman adətən aylıq adət baş vermir. Çünki, qanın bir hissəsi südə çevrilib körpənin yeməyi olur. Əgər desək ki, qan uşağın yeməyidir, məqsəd sizin yazdığınız yox, bu mənadır.
Meyit qüslü bitmədən öncə sıçrayan su
Sidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.