Bazar qiymətinin artımının xümsə təsiri
Bir ticarətçinin keçən ilki sərmayəsi üç yüz əlli min tümən dəyərində olan bir ton alüminium idi və onun xümsünü hesablayaraq ödəmişdi. Hal-hazırda hər ton alüminiumun qiyməti bir milyon tüməndir. Halbuki, kəmiyyət dəyişməsə də qiyməti keçən illə müqayisədə altı yüz əlli min tümən çoxdur. Mənfəətin olmadığı bir şəraitdə, bu hal iki və ya üç il təkrar olarsa, ticarətçinin öz işini davam etmək üçün sərmayəsi qalmayacağını nəzərə alsaq:a) Həzrət ustadın bu barədə nəzəri nədir?b) Əgər bir kəs əsil sərmayəsindən (qiymətindən deyil) beşdə birini xüms verərsə, sonrakı il kəmiyyəti meyar tuta bilərmi?
a) Bazar qiymətində artım xümsə səbəb olur. Lakin vəziyyət bu yerə çatsa ki, xüms verəndən sonra onun sərmayəsi dolanışığını idarə etmək üçün kifayət etməsə, xümsdən azaddır. b) Meyar miqdar deyil, qiymətdir.