Atanın öz ağıldan naqis övladını evləndirməsi
“Təhrirul-vəsilə” də və digər fiqhi kitablarda qeyd olunmuşdur ki, ata öz səğir (azyaşlı) uşağını evləndirsə və uşaq da fəqir olsa, o qadının mehriyəsi uşağın atasının öhdəsindədir. Onda əgər ata ağıl, qulaq və dil cəhətdən naqis olan, özünün və həyat yoldaşının xərclərini təmin etməyə qadir olmayan böyük övladına arvad alarsa, bu qadının mehriyəsi və nəfəqəsi kimin öhdəsindədir?
Zahirən nəfəqə atanın öhdəsindədir. Əgər mehriyə nağd olsa, o da atanın öhdəsinə düşür. Oğlanın öhdəsinə düşdüyü (mehriyənin nağd olduğu) təqdirdə isə dəlinin sağalacağını gözləmək olar. Sağalmayacağı təqdirdə isə, atanın öhdəsinə düşəcəkdir.