Kişilərə məxsus bəzək əşyalarını alğı-satqısı
Kişilər üçün qızıl bəzək əşyalarının – üzük, boyunbağı və bilərzik kimi – alğı-satqısının hökmü nədir?
Əgər bu kimi qızıl əşyaları adətən kişilərdən qeyri halda istifadə olunmursa, caiz deyil.
Əgər bu kimi qızıl əşyaları adətən kişilərdən qeyri halda istifadə olunmursa, caiz deyil.
Kişilər üçün qızıl bəzək əşyası mütləq şəkildə (namaz və qeyri hallarda) haramdır. Müsəlmanlar və Əhli-beyt (ə) məktəbinin davamçıları o böyük insanların buyurduğu göstərişlərə tabe olmaqla bu işdən çəkinməlidirlər, hədiyyə və qeyri-hədiyyə, kürəkən və qeyri-kürəkən arasında heç bir fərq yoxdur. Bunların düzəldilməsi və satışı da yalnız kişilərin istifadəsinə məxsus olsa, işkallıdır. Əgər bu bəzək əşyası xaç şəklində olsa, onu salmağın, düzəltməyin və alğı-satqısının iki qat artıq günahı vardır.
Eybi yoxdur. Belə ki, evdə hər birinin məxsus paltarlarını digəri geyərsə və fəsadla nəticələnməzsə eybi yoxdur. Lakin fəsad yaradan hallarda haramdır.
Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.
Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır.
Camaat arasında “qadın paltarıdır”- deyilən paltar nəzərdə tutulur. (Lakin fəsada gətirib çıxarmasa, bu iş haram deyil.)
Zinət paltarlarını geyinməyin işkalı var. Lakin adi mantolar zinət üçün deyil. Hərçənd çadra daha məhfuz və daha yaxşıdır, lakin üz və əllərdən (biləkdən aşağı) başqa bədəni bütövlükdə örtən paltar kifayətdir.
Zinət paltarlarını geyinməyin işkalı var. Lakin adi mantolar zinət üçün deyil. Hərçənd çadra daha məhfuz və daha yaxşıdır, lakin üz və əllərdən (biləkdən aşağı) başqa bədəni bütövlükdə örtən paltar kifayətdir.