مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

VVAQ yolu ilə boşanma

Məlum olduğu kimi, Azərbaycan yetmiş il Sovet hökumətinin əsarəti altında olan bir dövlət olub. Bu da səbəb olub ki, xalqımızın hələ bir çoxu hələ də sovet düşüncələri ilə yaşayır. Düzdü, hal-hazırda dini maariflənmə olunur və s. Amma xalqın hamısı dini vəzifələrini bilmir. Sualım da elə bilməməzlik ucbatından bəzi şəri məsələlərə uyğun olmayan əməllər barəsindədir.Adətən bizlərdə gənclər ailə qurduqda dövlət nikahı və şəri əqd (kəbin) oxutdurarlar. Bəziləri isə ancaq dövlət nikahı ilə kifayətlənirlər. Elələri olur ki, evlənərkən yoldaşından kəbini və dövlət nikahı olub. Lakin, boşandıqda əksəriyyət məhkəmə ilə boşansalar da talağın nə olduğunu hələdə bilmir. Sonradan xanım kiminləsə yenidən ailə qurur və dövlət nikahı ilə qeydə alınır. Aralarında cinsi yaxınlıq da baş verir lakin, sonradan xəbərdar olurlar ki, kəbin olmalıdır. Bu məsələlər də böyük fəsadlara səbəb olur.Məsələn: Onlar məscidə əqd oxutdurmaq üçün gəlirlər və ruhani onlardan soruşur: “Ailəli olmusunuz ya yox?” Xanım: “Bəli olmuşam və boşanmışam” – deyə bildirir. Bu zaman ruhani sual verir ki, talağınız verilib? Bu anda heç talağın nə olduğunu bilmirlər. Ruhani soruşur ki, şəriət yolu ilə boşanmısınız? Məsələni başa salırlar. Hamının da cavabı eyni olur: "Zaksdan boşanmışıq, bilmirdik, kəbindən boşanmaq da lazımdır."Bu vəziyyətdə də ruhanilər onların kəbinlərini kəsmirlər. O biri kişidən olan talaqlarını verib onlara deyirlər ki, siz bir-birinizə əbədi haramsınız. Əksəriyyət isə buna əməl etməyib elə dövlət nikahi ilə kifayətlənib bir yerdə yaşamağa davam edirlər.Sualım bundan ibarətdir ki, talağın vacib olduğunu bilməyən qadın başqasi ilə ailə qurub, cinsi yaxınlıq edərsə və sonradan kəbin oxutdurmaq istəyəndə artıq bir-birlərinə haram olduqlarını başa düşərsə, bu vəziyyətdə nə etməlidir? Sizin nəzərinizdə onlar bir-birinə əbədi haramdırlarmı? Onlar boşanmalıdırlarmı?

O vaxtlar dövlət yolu ilə evlənib-boşanan şəxslərin nikah və talağı səhihdir, amma hazırda şəriət hökmlərini öyrənməli və şəriətə uyğun nikah bağlamalı və yaxud boşanmalıdırlar. Qeyd etdiyiniz hallarda əbədi haramlıq yaranmır.

Əri itkin düşmüş qadının hökmü

Əri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?

Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.

Zövcəni asılı vəziyyətdə saxlamaq və talaqdan imtina etmək

Həyat yoldaşı barəsində öz öhdəliklərinə və vəzifəsinə əməl etməyən və ona talaq da vermək istəməyən kişinin hökmü nədir?

Bu kişi öz öhdəliklərinə əməl etməlidir. Əgər arvadı qərarsız vəziyyətdə saxlasa və bu qadın barəsində öz şəri vəzifələrinə əməl etmək istəməsə, şəriət hakimi onu talaq verməyə məcbur edəcək və talaq vermədiyi təqdirdə şəriət hakiminin özü qadının istəyi ilə ona talaq verə bilər.

Ziharın kəffarəsin

Mən 24 il olar ki, öz arvadımla bir yerdə yaşayıram və altı uşaq sahibiyik. Bu illərdə daim qayınatam, qayınanam və qaynım işlərimə birbaşa müdaxilə ediblər. Çox acı həyat keçirmişəm. Belə ki, bir müddət öncə artıq bıçaq sümüyə dirəndi və arvadımdan ayrılmaq qərarına gəldim. Öz qərarımda ciddi olduğuma görə bir neçə dəfə (amma Fars dilində) dedim: “Arvadım mənim üçün bacım və anam kimi olsun!” Hal-hazırda arvadım öz keçmişindən peşman olmuş və söz vermişdir ki, bir daha əvvəlki kimi öz qohumlarının təhrikli sözlərinə qulaq asmayacaq. Mən də istəyirəm ki, onun üçün (sözündə sadiq olmasını bilmək üçün) yeni bir fürsət yaradım və onunla yaşayım. Yuxarıda söylədiklərimə əsasən onunla bir ər-arvad kimi yaşaya bilərəmmi?

Əgər bu sözü iki şahidin olduğu bir yerdə demişsinizsə, o qadın da adət (heyz) halında olmamışdırsa, pak olandan sonra onunla yaxınlıq etməmişsinizsə, kəffarə verməlisiniz. Onun kəffarəsi iki ay oruc tutmaqdır ki, onun otuz bir günü ardıcıl şəkildə (arada fasilə olmadan) olmalıdır. Oruc tutmağa gücünüz çatmasa, 60 miskinə yemək verməlisiniz. Amma iki adil şahidin şahidliyi ilə olmamışdırsa, heç bir kəffarəsi də yoxdur və bu söz təsirsizdir. Qeyd etmək lazımdır ki, kəffarə lazım olan surətdə kəffarə verməyənə qədər (qadın sizə) halal olmayacaqdır.

Edama məhkum edilmiş şəxsdən talaq almaq

Bir qadının əri narkotik maddələrdən istifadə edir, bir müddət olar ki, yoxa çıxmış (qaçmış) və edama məhkum edilmişdir. Onun arvadının talağı hansı şəkildədir?

Əgər (kişi) qaçmışdırsa və qayıdacağına ümid yoxdursa, habelə qadın dözülməz məşəqqətə düşmüşdürsə və belə bir kişi ilə yaşamaq onun üçün mümkün deyilsə, şəriət hakimi onun talağını verə bilər. Amma əgər gözləyə bilirsə, habelə ərinin qayıdacağına ehtimal varsa və onunla yaşamaq mümkündürsə, onun hökmü “talağı verilməmək”dir.

İtkin düşmüş ərdən talaq almaq

Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?

Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.

Müharibədə itkin düşmüş insanların arvadlarının vəzifələri

Uzun illərdir ki, İran-İraq müharibəsində itkin düşənlərin arvadları onlar barəsində heç bir məlumat əldə edə bilməmişlər. Onlar hansı surətdə evlənə bilərlər?

Ərlərinin vəfat etdiklərinə yəqin əldə etsələr, evlənmək caizdir. Qeyri halda bu şəkildə yaşamaq onlar üçün ağır məşəqqətə səbəb olursa, şəriət hakimi onların talaqlarını verə bilər. Məşəqqətin olmadığı təqdirdə isə şəriət hakiminin göstərişi ilə dörd il müddətində onlar barəsində tədqiqat aparılmalıdır. Müsbət nəticə verməsə və əsər-əlamət tapılmasa, şəriət hakimi onların talağını oxuyacaqdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی