Ovlanmış heyvanın halal olması yolları
Ov etməklə aradan gedən (ölən) heyvan hansı hallarda halaldır?
Əgər heyvana çatıb başını kəsmək üçün kifayət qədər vaxt olmazsa, güllə onun bədənini yaralamış və ondan qan çıxmışdırsa, halaldır. Bu şərtlə ki, digər şərtlər, o cümlədən şikar edən zaman Allahın adının çəkilməsi, şikar edənin müsəlman olması da bununla yanaşı olsun. Amma heyvanın başını kəsmək üçün kifayət qədər vaxtı olsa və onun başını kəsməkdə laqeydlik göstərsə (nəticədə ölsə), haramdır.