Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Aborta görə qisas yoxdur

Hamilə qadın uşağını saldırmaq üçün həkimə və ya mama həkiminə müraciət etsə, o da (bu işin haram olması haqda) məlumatı ola-ola, qəsdən uşağı abort etsə, uşağa ruh verildiyi təqdirdə ondan qisas alınmalıdır, yoxsa onun boynuna kamil diyə düşür?

Bətndəki uşaq kamil olsa belə onun qəsdən öldürülməsinə görə diyə düşür, qisas alınmır. Çünki əvvəla, qisasın ümumi dəlilləri bətndəki uşağa şamil olmur. İkincisi, bətndəki uşaq diyəsinə aid fəsildə nəql olunan müxtəlif hədislərdə elə ifadələr mövcuddur ki, ya birmənalı şəkildə qəsdən adam öldürməni və yaxud istər qəsdən, istər səhvən və ehtiyatsızlıq üzündən adam öldürməni çatdırır. Sözü gedən halların hamısında açıq-aydın diyə düşdüyü qeyd olunmuşdur. Üçüncüsü, əgər bunun hansı qisimdən olmasında şübhə olduğunu fərz etsək, “hədd (cəza) və qisas tudrəu biş-şübəhat” (mövzuda şübhə olan zaman cəza tətbiq olunmur). (Burada “Dər” qaydası nəzərdə tutulur). Xüsusilə də bətndəki uşağa aid olan fəsildə görkəmli fəqihlərin arasında nadir hallardan savayı, qisasın caiz olmasına dair fitva görünməmişdir.

Qisas haqqının xüsusi və ya ümumi olması

İslamda adam öldürmə ümumi (ictimai) xarakter daşıyır, yoxsa xüsusi (şəxsi)? Qan sahibləri (qəyyum) əfv edərsə şəri hakim müxtəlif təzirlər (yüngül cəza növləri) nəzərdə tuta bilərmi?

İslam dinində adam öldürmə xüsusi xarakter daşıyır. Qan sahiblərinin əfv etməsi ilə qisas hökmü qüvvədən düşür. Amma bu işin (əfvin) təkrarı ictimaiyyət arasında müəyyən mənfi təsirlər qoyarsa, ictimai asayişi, nizam-intizamı pozarsa, məsələ ümumi xarakter alacaq və ikinci dərəcəli hökmlər meydana gələcəkdir. Yalnız sualda qeyd olunan formada deyil, şəhərlərdə, kəndlərdə baş verən buna oxşar hallarda da şəriət hakimi nizam-intizamın qorunmasında müqəddimə kimi münasib təzirlərdən istifadə edə bilər. Bu məsələni şəriətdə şəxsi xarakter daşıyan digər hallara da aid etmək və problemin ümumi xarakter aldığı vaxt, təzirlərdən istifadə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, mövzunu ayırd etmək şəri hakimin öhdəsindədir. Bəzən belə məsələlərdə təcrübəli ekspertlərin də rəyini öyrənmək lazım gəlir.

Qan qəyyumlarının əfv, diyə və qisasla bağlı ixtilafları

Fərz edək ki, qisas inhilali hüquqdur və qan sahibləri hamılıqla aqildirlər və həddi-buluğ yaşına çatmışlar. Onlardan bəziləri qisas alınmasını, bəziləri diyə almağı tələb edirlər. Bəziləri isə əfv etmək qərarına gəlirlər. Bu halda məsələnin hökmü necə olacaqdır?

Onlardan bəzisi diyə almaq istəsə, qalanlarının diyə səhmlərini ödəməklə qisas almağa haqqı var. Əgər bəziləri əfv etsələr qalanlarının qisas haqları var. Amma gərək diyə səhmini caninin özünə və varislərinə ödəsinlər.

Qruplar: Qan sahibləri

Qəsamənin əleyhinə iqrar

1268. Bir şəxs "qəsamə" * mərasimində qisasa məhkum olunmuşdur. İcra mərhələsində (qəti hökm çıxarılandan sonra) məhkum olunmuş şəxsin oğlu zərərçəkənin qəsdən öldürüldüyünü iqrar edir. Belə olduqda vəzifə nədir?

Bu məsələni bir neçə şəkildə təsəvvür etmək olar:1) Bu şəxsin (iddia edənin) özü qəsamənin bir hissəsidir və bu halda sonrakı iqrara əsasən əməl etmək (ölçü götürmək) olmaz. Bu iqrar yalnız iddia edən şəxs özünü təkzib edəndən sonra qəbul oluna bilər. 2) Onun özü qəsamənin hissəsi deyil və onun şəxsən andını qəbul etmək lazım deyil. İddia qəti olsa belə, özünü təkzib etməsə onun iqrarına etina etmək olmaz. 3) Onun iddiası gümana əsaslanır. Bu halda qəsamənin tələbinə əməl etməklə iqrarın tələbinə əməl etmək arasında ixtiyar sahibidir. Lakin hüquqi məsələlərdə güman əsasında olan iddianı qəbul etmək olmaz. Nəticə budur ki, özünü təkzib etməsə, iqrara əməl edə bilməz. * Hal şahidlərinin məhkəmədə xüsusi şərtlərlə and içmələri

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت