مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Avtomobil qəzasında ölüm

Qəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?

Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, “ehtiyatsızlıq üzündən adam öldürmə” sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.‌

Aborta görə qisas yoxdur

Hamilə qadın uşağını saldırmaq üçün həkimə və ya mama həkiminə müraciət etsə, o da (bu işin haram olması haqda) məlumatı ola-ola, qəsdən uşağı abort etsə, uşağa ruh verildiyi təqdirdə ondan qisas alınmalıdır, yoxsa onun boynuna kamil diyə düşür?

Bətndəki uşaq kamil olsa belə onun qəsdən öldürülməsinə görə diyə düşür, qisas alınmır. Çünki əvvəla, qisasın ümumi dəlilləri bətndəki uşağa şamil olmur. İkincisi, bətndəki uşaq diyəsinə aid fəsildə nəql olunan müxtəlif hədislərdə elə ifadələr mövcuddur ki, ya birmənalı şəkildə qəsdən adam öldürməni və yaxud istər qəsdən, istər səhvən və ehtiyatsızlıq üzündən adam öldürməni çatdırır. Sözü gedən halların hamısında açıq-aydın diyə düşdüyü qeyd olunmuşdur. Üçüncüsü, əgər bunun hansı qisimdən olmasında şübhə olduğunu fərz etsək, “hədd (cəza) və qisas tudrəu biş-şübəhat” (mövzuda şübhə olan zaman cəza tətbiq olunmur). (Burada “Dər” qaydası nəzərdə tutulur). Xüsusilə də bətndəki uşağa aid olan fəsildə görkəmli fəqihlərin arasında nadir hallardan savayı, qisasın caiz olmasına dair fitva görünməmişdir.

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm

Ürəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?

Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni

Qatildən qisas almaq üçün vəliyyi-əmr və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilmədiyi təqdirdə qatillə əlaqədar vəzifə nədir? İcazə verilən zamana qədər, hətta on illər keçsə belə, qatil həbsdə qalmalıdır, yoxsa dərhal azad olunmalıdır? İkinci halda hansı formada təzminat alınmalıdır?

Vəliyyi-əmrin icazəsi lazım deyil. Qazının çıxardığı hökm kifayətdir. Qazı olmasa, möminlər içində adil olan şəxslər şəri hakimin əvəzinə izn verə bilər. Şəri hakim icazə versə, amma qan sahibi razı olmasa, ona son xəbərdarlıq ediləcəkdir ki, ya qisas alsın ya da qatilin razı olduğu təqdirdə diyə alsın. Əgər bunların heç birinə razı olmasa, vəzifə aydın olana kimi vəsiqə (təzminat) təqdim etməklə qatili azad etmək olar.

دسته‌ها: Qisasın hökmləri
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی