Zina edən kişi və qadını sürgün etmək
Zinakar qız və oğlanın öz yaşadıqları məkana qayıtması oranın əhalisi arasında fəsad və mübahisəyə səbəb olarsa, onları başqa bir yerə sürgün etmək olarmı?
Onların öz məntəqəsində qalmaları fəsada səbəb olacaqsa, digər məntəqələrə göndərmək olar.
Vələdüzzina
Zinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.
Dövlət rəhbərliyinin işlərini araşdırmaq
Müqəddəs İslam respublikasının məsul işçilərindən hər hansı birinin işlərini onun olmadığı yerdə araşdırmaq, کلکم راع و کلکم مسؤول عن رعیته “Kullukum raun və kullukum məs`ulun ən rəiyyətih” hədisində deyilənləri nəzərə almaqla, müqəddəs İslam şəriəti cəhətindən qeybət sayılırmı?
İctimai məsələləri araşdırmaq, müsbət və islahatçı tənqidlər qeybət sayılmır.
Qeybətin mənası
Qeybətin mənasını izah edin.
Qeybət odur ki, bir şəxsin gizli eybini onun arxasınca desinlər. Lakin əhəmiyyətli məsələlərin irəli çəkildiyi hallar, məsələn, məşvərət, (küsülü olan) iki tərəfin arasını düzəltmək və s. istisna olunmuşdur.
Şəhər və qəbilələrin adət-ənənələri barəsində danışmaq
İranın və digər ölkələrin kəndlilərinin, şəhərlilərinin, müxtəlif tayfalarının adət-ənənələri, söz, hərəkət və geyim tərzləri, zahiri şəkilləri, ədalı hərəkətləri barəsində söhbət etmək qeybət sayılırmı?
Əgər eyib axtarmaq və ələ salmaq məqsədilə olmasa, eybi yoxdur.
Saqqalını qırxan şəxsin qeybətini etmək
Bir müddət öncə cənab ustadın verdiyi hökmlərdə “saqqalını qırxan adamın dalınca (saqqalı qırxmaq barəsində) qeybət etməyin şəri baxımdan caiz olmamağı” – məsələsi barəsində maraqlandıq. Məsələnin məzmunu belə idi ki, bəzi alim və müctəhidlər saqqalı qırxmağı haram bilmədiklərinə görə saqqalını qırxan adamın bu əməllə bağlı qeybətini etmək caiz deyil. Buyurun ki, üləmalardan hansı biri bu işi caiz bilir?
İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.
Zinanın haramlığının zati və yaxud ərəzi olması
Zinanın haramlığı zatidir yoxsa ərəzi?
Əgər “zati” dedikdə məqsədiniz zinanın haramlığının onun ziyanlı nəticələri ilə heç bir əlaqəsi olmamağıdırsa, (yəni zina ziyanlı nəticə versə də, verməsə də haramdır) cavab budur ki, bəli, zinanın haramlığı zatidir.
Saqqalı qırxmağın bədən üzvlərini kəsmək olduğunu deyən hədislərin mənası
Saqqalı qırxmağın müslə – bədən üzvlərini kəsmək olduğunu bəyan edən bəzi rəvayətlər, saqqalı qırxmağın haram olmasını isbat etmirmi?
Bu hədislərin bir şəxsin zorla digər şəxsin saqqalını qırxdığı hallara məxsus olduğu ehtimalı var. Amma əgər onun razılığı ilə qırxarsa, hərçənd ehtiyat vacib bunu etməmək olsa da, “bədən üzvünü kəsmək” ünvanına daxil deyil.
Daimi nikahdan sonra zina
Bir qızla bir oğlan zina etmişlər. Oğlan bu əməldən sonra başqa bir qızla evlənmişdir. Amma evləndikdən sonra da bu əməli (zinanı) həmin qızla təkrar etmişdir. Oğlanın ikinci qızla evlənəndən sonra etdiyi bu zina, möhsinə zina sayılırmı?
Evlənəndən sonra əlaqədə olmuşdursa və bu əməli birinci qızla davam edirsə, möhsinə zina sayılır.