Qeybətin mənası
Qeybətin mənasını izah edin.
Qeybət odur ki, bir şəxsin gizli eybini onun arxasınca desinlər. Lakin əhəmiyyətli məsələlərin irəli çəkildiyi hallar, məsələn, məşvərət, (küsülü olan) iki tərəfin arasını düzəltmək və s. istisna olunmuşdur.
Dövlət rəhbərliyinin işlərini araşdırmaq
Müqəddəs İslam respublikasının məsul işçilərindən hər hansı birinin işlərini onun olmadığı yerdə araşdırmaq, کلکم راع و کلکم مسؤول عن رعیته “Kullukum raun və kullukum məs`ulun ən rəiyyətih” hədisində deyilənləri nəzərə almaqla, müqəddəs İslam şəriəti cəhətindən qeybət sayılırmı?
İctimai məsələləri araşdırmaq, müsbət və islahatçı tənqidlər qeybət sayılmır.
Saqqalını qırxan şəxsin qeybətini etmək
Bir müddət öncə cənab ustadın verdiyi hökmlərdə “saqqalını qırxan adamın dalınca (saqqalı qırxmaq barəsində) qeybət etməyin şəri baxımdan caiz olmamağı” – məsələsi barəsində maraqlandıq. Məsələnin məzmunu belə idi ki, bəzi alim və müctəhidlər saqqalı qırxmağı haram bilmədiklərinə görə saqqalını qırxan adamın bu əməllə bağlı qeybətini etmək caiz deyil. Buyurun ki, üləmalardan hansı biri bu işi caiz bilir?
İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.
Şəhər və qəbilələrin adət-ənənələri barəsində danışmaq
İranın və digər ölkələrin kəndlilərinin, şəhərlilərinin, müxtəlif tayfalarının adət-ənənələri, söz, hərəkət və geyim tərzləri, zahiri şəkilləri, ədalı hərəkətləri barəsində söhbət etmək qeybət sayılırmı?
Əgər eyib axtarmaq və ələ salmaq məqsədilə olmasa, eybi yoxdur.