Varisi olmayan məqtul
Varisi olmayan şəxsin qatili (qəsdən adam öldürmə halında) edam olunmalıdır?
Belə hallarda qan sahibi İmam və şəri hakimdir.
Belə hallarda qan sahibi İmam və şəri hakimdir.
Möhsinə zinanın cəzası daşqalaqdır. Lakin bu iş böyük fəsadlara gətirib çıxararsa, edamı başqa metodla da həyata keçirmək olar. İqrar halında hufeyrədən (daşqalaq çalasından) qaçmaq hökmünə oxşar hökm burada da icra olunur.
Məsləhət tələb edən yerlərdə edam növünün dəyişdirilməsinin maneəsi yoxdur.
Əgər həyat yoldaşından nəzərə çarpacaq qədər çox uzaqlaşmışdırsa, və “yəğdu və yəruh”– un nümunəsi deyilsə, yəni həyat yoldaşı praktik olaraq onun yanında və ixtiyarında deyilsə, möhsinə zina sayılmır.
Bir diyə alınmalıdır və o da sümüklərin sınmasının və dəyən zədələrin diyəsidir. Lakin üzvün sınması ilə naqisliyi üçün bir yerdə alınan diyə ilə naqislik olmadan üzvün sınmasına görə alınan diyə arasında fərq var.
Bu kişi öz öhdəliklərinə əməl etməlidir. Əgər arvadı qərarsız vəziyyətdə saxlasa və bu qadın barəsində öz şəri vəzifələrinə əməl etmək istəməsə, şəriət hakimi onu talaq verməyə məcbur edəcək və talaq vermədiyi təqdirdə şəriət hakiminin özü qadının istəyi ilə ona talaq verə bilər.
Sualda fərz olunanları nəzərə alsaq, cəzası edam olan məcburi zina və ya təcavüz hökmü qadın barəsində icra olunmayacaqdır. Yalnız hədd cəzası vardır. (Ayrı-ayrı hallarda daşqalaq və ya şallaq.)
Ərlə arvadın qarşılıqlı olaraq bir-birlərinin qatilindən qisas almaq hüquqları yoxdur. Lakin onlara diyədən pay çatır.
Zina edən oğlan və qız şəri baxımdan həddi-buluğa çatmışlarsa, hökm (cəza) onların barəsində icra olunmalıdır. İstər qəyyum razı olsun, istərsə də olmasın. Bu şərtlə ki, cinayət şəri hakim üçün kafi dəlillərlə sübuta yetmiş olsun.
Əgər öncədən hansısa bir məbləğ haqqında razılığa gəlməyiblərsə, indiki zamana uyğun ödəməlidir.
Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.
Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.
Qohumluq əlaqələrini kəsmək onların ayılmalarına (bu işləri tərk etmələrinə) səbəb olacaqsa, vacibdir. Mənfi təsiri varsa, bu işi etməyin.
Qisas və ya əfv etmək hüququnu sübut etmək çətindir. Yalnız bir halda ola bilər ki, uşaqların məsləhəti qəti şəkildə bunu tələb etsin.
Pulu onların şəri cəhətdən qanuni (caiz) olan işlərinin müqabilində versinlər və qanunsuz işlərinə görə onları nəhy əz münkər etsinlər.