Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Peyğəmbərə həqarət edən müsəlman

Müsəlman bir şəxs əsəbiləşərkən dəfələrlə peyğəmbər-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və məsum imamlara (əleyhimus-səlam) təhqiramiz sözlər demişdir. Halbuki, öz gümanına görə Həzrət Əbülfəzə (səlamullah əleyh) etiqad və məhəbbət bəsləyir. Onun həyat yoldaşının, övladlarının və qohumlarının vəzifələrini bəyan edin.

Əgər onun halı adi haldırsa (anormal adam deyilsə), İslamdan çıxmışdır. Həyat yoldaşı ondan ayrılmalıdır. Amma əgər təbii haldan çıxmışdırsa və yaxud təbii haldan çıxıb-çıxmamağı şübhəlidirsə, İslam dinində qalır. Birinci surətdə tövbə etsə və keçmiş arvadı yenidən onun əqdinə keçsə, nikahları səhihdir.

Qruplar: Mürtəd

Vəsiyyət olunmuş şəxsin malının satılması

Bir şəxs əmlakının bir hissəsini bir nəfərə vəsiyyət etmişdir. Lakin ölənin ata tərəfdən babası (atasının atası) o əmlakı şəri icazə olmadan satmışdır. Bu hadisədən bir müddət keçmişdir və indi onun dəyəri azalmışdır. Bu məsələnin şəri hökmünü bəyan edin.

Əgər vəsiyyət müəyyən (konkret) bir mal barəsində imişsə və üçdə birdən artıq deyildisə, onun hamısı bütövlükdə vəsiyyət olunmuş şəxsin malıdır. Bu mal satılmışdırsa, onun qiymətinin hamısını ala bilər. Onun qiymətinin azaldığı və babasının onu şəri icazə olmadan satdığı təqdirdə isə, ehtiyat olaraq qiymətlər arasındakı fərqi ona ödəməlidir.

Vasvasının müalicəsi

Mən vasvasılıq xəstəliyinə tutulmuşam. Təəssüf olsun ki, çox ağır və dözülməzdir. Məsələn, qüsl və paklamaq baxımından vasvasım çox şiddətlidir. Belə ki, bəzi vaxtlar gecə hamama girəndə gün çıxana yaxın paklayıb hamamdan çıxa bilirəm. İnanın ki, bu bir neçə il ərzində 20 illik su istifadə etmişəm. Sağalmaq üçün şəhərimizin bəzi alimlərinin yanına və Qumun müctəhidlərindən birinin yanına getdim. Onlar mənə zikr öyrətdilər. Lakin təsiri olmadı. Məşhədə, Həzrət Əli ibn Musa Ər-Rizanın (əleyhis-səlam) ziyarətinə getdim. Səfərdə və ziyarət vaxtı böyük çətinliklərlə üzləşdim. Çoxlu dua etdim və yalvarıb sızıldadım. Lakin təəssüflər olsun ki, şəfa tapmadım. Bu xəstəlik az qalıb canımı əlimdən alsın. Təkcə özümü yox, ailəmi də narahat edib əziyyətə salmışam. Bu iş bais olur ki, ibadətlərimi yerinə yetirməyim. Buna görə Ramazan ayında səfərə çıxıram ki, oruc tutmaq problemim olmasın. Hərçənd səfərdə də bir şey yemirəm. Xahiş edirəm mənə yol göstərəsiniz ki, bu acınacaqlı vəziyyətdən canımı qurtarım. Ətrafımda olanların tənə və dil yaralarından da asudə olum.

Probleminizin səbəbi siz özünüzsünüz. Əsil müqəssir də sizsiniz. Bu səbəbdən sizin duanız da qəbul olunmur. Bunu əsas səbəbi də hökmü bilməməyinizdir. Əsil məsələ budur ki, sizə təharət və qüsl kimi əməllərdə yəqin əldə etmək vacib deyil. Sizə şəri bir vəzifə kimi lazım olan budur ki, digər insanlar qədər su tökəsiniz. Qüsl və təharətinizdə şəkkiniz qalsa belə, həmin miqdarla da qənaətlənin. Biz bu işin şəri məsuliyyətini boynumuza götürürük. Siz bu gündən yalnız camaatın tökdüyü qədər su tökün və qənaət edin. Nəcis bədənlə və cənabət halı ilə (öz zənninizlə) namaz qılın. Heç bir eybi də yoxdur. Namaz və orucunuz da tam səhihdir. Biz bu yolla sizə və vasvası insanların hamısına höccəti tamamlayırıq. Bununla müxalifət etmək günahdır. Biz Allahdan istəyirik ki, sizə bu məsələyə diqqət yetirmək tovfiqini versin ki, şeytanın tələsindən xilas olasınız.

Qruplar: Vasvasılıq

Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın

Bir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?

Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir. - Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.

Qruplar: Mehriyyə
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت