Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar

Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?

Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

Hədiyyənin gəlirinin hədiyyə edənə verilməsi

Bir şəxs öz mülk və torpaq sahəsini başqa birisinə hədiyyə verib deyir: “Nə qədər ki, mən sağam onun ixtiyarı öz əlimdə olmalıdır”. Bu hədiyyə mötəbərdirmi, bu şərt “lazım”dırmı (yəni, onun pozmaq olmazmı)?

Əgər mülkü və torpaq sahəsini onun ixtiyarına versə, eybi yoxdur, bu halda qüvvədədir və “lazım” hədiyyə sayılır. Nə qədər ki, torpaq sahibi sağdır, torpağın xeyir-mənfəəti onunkudur.

Vəqf olunmuş yerin həndəvərinin icarəçi tərəfindən abadlaşdırılması

Bir şəxs vəqf olunmuş bir torpaq sahəsini mütəvəllidən (nəzarətçidən) icarəyə götürür. İcarə edəndən sonra onun hərimində (ətrafında) olan yararsız torpaqları da abad edir. Sualımız budur ki, mütəvəlli icarə edənin abad etdiyi həmin torpaqları da vəqf torpaqlarından hesab edə bilərmi? Yoxsa icarə edən bu torpağın maliki olur?

Əgər şəriət baxımından bu torpaqlar vəqfin hərimidirsə, icarə edən şəxsin onları abad etməyə haqqı olmamışdır və malikinə də çevrilməyəcəkdir. Torpağın icarə müddəti sona çatana qədər, icarə edən şəxsin ondan istifadə etməyə haqqı var və onun icarə haqqını ödəməlidir. Mütəvəllinin də bunu ondan almağa haqqı yoxdur. Lakin icarə müddəti bitəndən sonra icarə edən şəxs üçün heç bir haqq qalmır.

Xarabalığa çevrilmiş məscidlərin kitablarını yeni məscidlərə keçirmək

Uçub xarab olmuş məscidin Quran və “Məfatih” kitablarını bu məsciddən çıxarıb şəhər və kəndlərdə olan digər məscidlərdə istifadə etmək olarmı?

Bu məscid yaxın gələcəkdə təmir olunmayacaqsa, kitabları həmin şəhərdə və ya kənddə yerləşən digər məscidlərə aparmaq olar. Təmir olunandan sonra isə onları əvvəlki yerlərinə qaytarsınlar.

Məscidin istifadəyə yararsız əşyalarının satılması

Məscidə aid olan, lakin ehtiyac olmayan əşya və avadanlıqları satıb pulunu məscidə xərcləmək olarmı?

O avadanlığa ehtiyac yoxdursa, satıb pulunu həmin məscidə xərcləyin. Buna görə ki, belə hallarda onları vəqf edən, yaxud hədiyyə edən insanların nəzərinə (məqsədlərinə) daha yaxın olan, onları (avadanlıqları) həmin məsciddə istifadə etməkdir. Bu məscidin onlara ehtiyacı yoxdursa, başqa məsciddə istifadə edə bilərsiniz.

Seyyidüş-şühədanın (əleyhis-səlam) əzadarlığı üçün vəqf olunan torpaq sahəsində məscid inşası

Seyyidüş-şühəda İmam Hüseynin (əleyhis-səlam) əzadarlığına vəqf olunan yerdə məscid tikmək olarmı?

Əgər mümkündürsə mütəvəllidən, mütəvəlli olmayan halda isə şəri hakimdən həmin yeri məscidin inşası üçün icarəyə götürsünlər. Məhəllənin inanılmış və nüfuzlu adamlarından bir qrupu bu sənədi imzalasınlar ki, unudulmasın. Hər il icarə haqqını Seyyidüş-şühədanın (əleyhis-səlam) əzadarlıq məclislərinə sərf etsinlər. İcarə müddəti də müəyyən və məhdud olsun ki, bu müddət bitəndən sonra yenidən icarə etsinlər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت