Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Ərin talaqdan öncə cinsi yaxınlıq iddiası

Xül’i talaq baş vermişdir, lakin ər iddia edir ki, talaqdan öncə arvadımla yaxınlıq etmişəm, talaq verilən zaman da orada iki adil şahid olmamış, yalnız zahiri baxımdan səlahiyyətli olan mömin insanların şahidliyi ilə talaq oxunmuşdur. Belə bir talaq səhihdirmi?

Sözü gedən talağın hər bir halda səhihliyinə hökm olunur. Ona görə ki, sualda fərz olunanlara əsasən ərin talaqdan öncə yaxınlıq iddiası məqbul deyil. Onun öz etirafına görə şahidlər zahiri baxımdan adil olmuşlar. Biz batinlərə əsasən əməl etməyə vəzifəli deyilik. Buna görə də bu talağın heç bir eybi yoxdur. Yalnız bir halda eybi ola bilər ki, o, öz iddiasını şəri dəlillərlə sübuta yetirmiş olsun.

Televizorda xarici və İran filmlərinə tamaşa etmək

Xarici ölkələrdə İran filmlərinə və İran İslam respublikasının televiziyasında xarici filmlərə tamaşa etməyin hökmü nədir?

Qeyri-şəri səhnələri və musiqiləri olmayan İran filmlərinə tamaşa etmək, istər ölkə daxilində, istərsə də xaricdə olan vətəndaşlara caizdir. Əks halda isə caiz deyil. Xarici filmlərə gəldikdə isə, onların qeyri-şəri səhnələri senzuradan keçirsə (filmdən çıxarılırsa), maneəsi yoxdur.

Qruplar: Baxmaq

Zina edənin məhkəməyə etiraf üçün çağırılması

Xahiş edirik, aşağıdakı suallara cavab verəsiniz:1) Zina etməkdə müttəhim olunan kişini etiraf etmək üçün məhkəməyə gətirmək caizdirmi? 2) Caiz olduğu təqdirdə, qazi müttəhimə onun günahının nədən ibarət olduğunu başa sala bilərmi?3) İkinci sualda deyilənlərin caiz olduğu və müttəhimin qəbul etdiyi təqdirdə izah edilmiş ittihamı qəbul etmək iqrar sayılır, yoxsa iqrar etməlidir? Öz əməlini aydın şəkildə boynuna almaq hökmdə əsas sayılırmı? Bir dəfə iqrar etdiyi təqdirdə sualın dəfələrlə və ya müxtəlif iclaslarda təkrarı vacib və ya caizdirmi?

1) Zinada müttəhim olunan şəxsi məhkəməyə çağırmaq olmaz. Amma şahidlər öncə gedib şəhadət versələr və ya zina zorakılıqla baş verərsə və zinaya məruz qalmış qadın şikayət edərsə və yaxud da müttəhim məsələn, naməhrəm qadınla xəlvətdə bir yerdə olmaq kimi digər cinayətlər etmişdirsə, bu işlərə görə məsuliyyətə cəlb oluna (məhkəməyə çağırıla) bilər.2) Yuxarıdakı cavabdan məlum oldu.3) İqrar aydın şəkildə olmalıdır. Qazının iqrar almaq üçün israr etməsinin heç bir əsası yoxdur. 4) Sükutla heç nə sübuta yetmir. Belə yerdə inkar lazım deyil; əksinə iqrarın təsiri var.

Hədislərdə “əul” sözünün mənası

Xahiş edirik ki, aşağıdakı hədisdə “عالت الفريضه “ cümləsini izah edəsiniz:قال الشعبى: «ما رايت افرض من علىٍّ ولا احسب منه و قد سئل عنه عليه السلام و هو على المنبر يخطب، عن رجل مات و ترك امراته و ابوين و ابنتين، كم نصيب المرئة؟ فقال ـ عليه السلام ـ صار ثُمنهاً تسعاً فلقّبت بالمسئله المنبريه شرح ذلك: للابوين السدسان و للبنتين الثلثان و للمراه الثمن عالت الفريضه فكان لها 3 من 24 ثمنها فلما صارت الى 27 صار ثمنها تسعا فان ثلاثه من 27 تسعها و يبقى 24 للابنتين 16 و 8 للابوين سواء»

Hədisin mənası budur ki, ərinin uşağı olan təqdirdə zövcənin (arvadın) səhmi ilkin hökmə əsasən səkkizdə bir olacaqdır. Lakin valideynin (ata-ananın) və iki qızın səhmləri ilə yanaşı mühasibə olunarsa, onların səhmlərinin məcmusunu toplasaq 27 səhm olacaqdır. (Əgər əmlakı 24 hissəyə bölsəniz 16 pay suluseyn (üçdə iki), 8 pay suduseyn (altıda iki) və 3 pay (səkkizdə bir) olacaqdır. 16, 8 və 3-ün məcmusu 27 pay edir.) Əgər iyirmi yeddi paydan üçünü götürsəniz doqquzda birə bərabər olar. Hədisin təfsiri belədir. Lakin fiqhi nəzəriyyələrə görə digər hədislərə nəzər salmaqla bu məsələdə fikir ayrılığı mövcuddur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت