Diyənin varisləri
Diyə irs olaraq kimə çatmalıdır?
Anaya yaxın olan qohumları (məs, anadan bir olan qardaşı və bacısı) istisna olmaqla bütün nəsəbi və səbəbi varislərə ondan irs çatır.
Çöllükdə itmiş heyvan
Bir heyvan başqa bir şəxsin heyvanları çöldən qayıdır. Bir ildən sonra heyvanın sahibi tapılmadığından onu kəsirlər. Camaat onun ətindən yeyir. Bu ətdən istifadə edənlərin hökmünü iki halda: heyvanın sahibinin naməlum olmasını bildikləri və bilmədikləri halda, bəyan edin.
İtən heyvanı tapan hər bir şəxs, bir il onun sahibini soraqlaşmalıdır. Sahibi tapılmasa bu heyvanı onun əsil sahibi tərəfindən Allah yolunda sədəqə verə bilər. Habelə, sahibinin tapılacağı təqdirdə əvəzini sahibinə qaytarmaq niyyəti ilə heyvanı özünə götürə bilər. Əgər sahibi məlum deyilsə, şəriət hakiminin icazəsi ilə onu ehtiyacı olanlara vermək lazımdır.
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Vəhdəti-vücudun mənası
Mümkündürsə, "vəhdəti-vücud" mövzusunu aydın bəyanla izah edin.
Vəhdəti-vücud bəzən vücud məfhumunun vəhdəti mənasındadır. Bunun eybi yoxdur. Bəzən də həqiqətin vəhdəti deməkdir. Məsələn, günəş nurunun və çıraq nurunun həqiqəti kimi, belə ki, ikisi də bir həqiqətdir, lakin xarici nümunələri fərqlidir. Bunun da eybi yoxdur. Bəzən isə vücudun xarici nümunələrinin vəhdəti mənasında işlənir. Yəni varlıq aləmində Allahın vücudundan başqa vücud yoxdur. Hər şey onun zatının özüdür. Bu söz küfrə bərabərdir. Fəqih alimlərin heç biri bunu qəbul etməmişdir.
İrs səhminin bağışlanması haqqında iddia
Qardaş və bacı atalarının varisi idilər. Atanın qoyub getdiyi irs qardaşın əlində qalır. Onların hər ikisi dünyadan gedəndən sonra bacının varisləri deyirlər ki, bizə düşən payı verin. Lakin qardaşın varisləri deyirlər ki, bacısı öz irs payını qardaşına bağışlamış və ya satmışdır. Belə halda vəzifə nədir?
Tanışlardan, qohumlardan və məlumatı olan adamlardan soruşub tədqiq edəndən sonra məsələ aydın olmasa, ehtiyat budur ki, iki varis tərəflər öz aralarında müsalihə etsinlər. Bu şərtlə ki, onların arasında azyaşlı uşaq olmasın. Əks halda ehtiyat, onun haqqına riayət etməkdir.
Xəyali hekayələr
Quraşdırılan, kökündən yalan olan və heç bir həqiqəti olmayan (lakin müsbət təsir qoymaq üçün oxuculara və dinləyicilərə təqdim olunan) dastan və hekayələrin, müqəddəs İslam şəriəti baxımından hökmü nədir?
Onların xəyali olmalarına dair bir qərinə (nişanə) olsa, maneəsi yoxdur.
Üzə vurulan müxtəlif yaraların diyəsi
Üzü bir yerdən cırmaqlamaq və cızmağa görə bir dəvə dəyərində diyə düşürsə, eyni hücumda üzün bir neçə yeri eyni şəkildə cırmaqlanarsa, diyədə bir fərq olacaq, yoxsa yox? Bu yerlər təkrar cızılarsa, hökmü necədir?
: Hər cızığın bir diyəsi var, istər onların hamısı bir hücumda olsun, istərsə də müxtəlif hücumlarda.
Həcc üçün məcburi vəsiyyət
Bir şəxs istitaətli olmamışdır, lakin bir neçə il bundan əvvəl ölümü ilə nəticələnən xəstəliyində bir neçə nəfər onu məcbur edirlər ki, beş min əfqan pulunu “Miqat həcci” yerinə yetirmək üçün verməyi vəsiyyət etsin. Bu vəsiyyət səhihdirmi? Səhih olduğu təqdirdə bu məbləğin “Miqat həcci” üçün kifayət etmədiyini nəzərə alsaq, nə etməliyik?
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
Narkotik maddələrin alveri
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
Hədiyyənin irs səhminə təsirinin olmaması
Sağlığında bəxşiş vermək irsdə payın olmasına bir maneə yaradırmı?
İnsanların öz sağlığında varislərindən bəzisinə bağışladıqları mal, onların mərhumun irsində paya sahib olmalarına bir maneə yaratmır.
Uşaqların peyk antenasından istifadəsi
(Böyüklərin deyil) uşaqların peyk antenası ilə yayımlanan verilişlərdən istifadə etməsi bu antenaların əldə edilib qurulması və istifadə edilməsi üçün bir əsas ola bilərmi?
(Bu məsələdə) uşaqlarla böyüklər arasında heç bir fərq yoxdur və bunun təhlükəsi hər iksi üçün danılmazdır.
Vəhdəti-vücuda etiqad bəsləyənlərin şəri hökmü
Vəhdəti-vücud nə deməkdir? Buna etiqad bəsləyən insanlar nə hökmdədirlər?
: "Vəhdəti-vücud"un müxtəlif mənaları var. Qəti şəkildə batil olan və bütün fəqihlərin əqidəsinə görə İslamdan xaric olmağa səbəb olan budur ki, bir kəs Allahın aləmdə olan varlıqların eynilə özü olmasına etiqad bəsləsin. Etiqadı bu olsun ki, heç bir xaliq-məxluq, abid-məbud yoxdur. Eləcə də cənnət və cəhənnəm də onun vücudunun eyni olmasına inansın. Bu da dinin danılmaz məsələlərini inkar etməyə gətirib çıxarır. Hər kəs bunun tələblərini qəbul edərsə İslamdan çıxmışdır. Həyatda olan və ya vəfat etmiş müasir fəqihlərin əksəriyyəti bu mövzunu qəbul etmiş və "Ürvə"-nin haşiyəsində buna işarə olunmuşdur.