Arvadına dönməsindən peşman olan halda yeni talağın lazımlığı
Rici iddədə arvadına (talaq fikrindən) dönən şəxs, dərhal peşman olub desə ki, həmin ayrılıq və talaq öz qüvvəsində qalsın, sadəcə dönməkdən peşman olmaq kifayətdir, yoxsa təkrar talaq oxumağa ehtiyac var? Talaq oxumaq lazımdırsa, nə zaman edilməlidir?
Peşmançılığın faydası yoxdur və dönməklə o qadın onun arvadı olur. Ayrılmaq istəsə yenidən talaq verməlidir.