Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Varislərin bəzisinin vəsiyyətnaməni inkar etməsi

Övladlardan bəzisi vəsiyyət və ya müsalihə zamanı hazır olmamışlarsa, vəsiyyətnamə və ya sülh haqda sənədi inkar edə və ya onu qəbul etməyə bilərlərmi?

Sülh (razılaşma) və ya vəsiyyətin kifayət qədər dəlil-sübutu varsa, heç kəsin ona etiraz etməyə haqqı yoxdur. Lakin vəsiyyət əmlakın üçdə birindən artıq hissəsinə aid olarsa, varislərin icazəsi olmadan artıq hissə barəsində nüfuzlu (qüvvədə) sayılmır.

Qruplar: Vəsiyyət

Vəlinin xəbəri olmadan evlənmək təklifi

Müvəqqəti evlənmək niyyətində olan bir şəxs qızın vəlisinin xəbəri olmadan ona evlənmək təklif edə bilərmi? Qızın bakirə və dul qadın olduğu iki şəkildə şəriət hökmünün nə olduğunu bəyan edin.

Evlənmək təklifinin heç bir şəkildə maneəsi yoxdur. Lakin vəlisinin icazəsi olmadan bakirə qızla nikah bağlamağın işkalı var. Amma dul qadında (ərə gedib boşanan, əri ölən) əqd siğəsini oxunmasında iki tərəfin razılığı kifayətdir.

Üzvlərin hədiyyə olunması haqda vəsiyyət

Bir şəxs ölümündən sonra öz bədən üzvlərini bu üzvlərə ehtiyacı olan xəstələrə köçürülməsini vəsiyyət edərsə, varisləri bu işin qarşısını ala bilərlərmi?

Varislərin buna mane olmalarının bu məsələyə heç bir təsiri yoxdur. Bu üzvlər xəstələrin canının xilas olması üçün lazımdırsa, onları götürmək caizdir. Habelə göz kimi böyük əhəmiyyətə malik üzvlərdə də belədir.

Qruplar: Vəsiyyət

Gözbağlayıcılığı özünə peşə seçmək

Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?

Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.

Tağut rejiminin təbəələrinin əmlakı

Tağut (şah) rejimindən olan fərarilərin qalmış əmlaklarının hökmü nədir?

Əgər sözü gedən əmlak qanuni yolla əldə olunmuşdursa, onu sahibindən və ya sahibinin varislərindən almaq olmaz, habelə əgər şübhəli olarsa (da almaq olmaz). Amma əgər şəri dəlillərlə onun qeyri-qanuni olması sübuta yetərsə, bu halda onun əsil sahibi məlumdursa, əsil sahibinə vermək lazımdır, əgər məchulul-malikdirsə (maliki naməlumdursa), şəri hakimin vasitəsilə fəqirlərə çatmalıdır.

Spid xəstəliyi

Kişi və qadının hər birində spid xəstəliyinin olmasını, nikah əqdini talaqsız pozmağın mümkün olduğu eyiblərdən biri bilirsinizmi?

Əgər mütəxəssis şəxslərin şahidliyi ilə bu xəstəlik yoluxmaya və təhlükəyə səbəb olacaq bir mərhələdədirsə və ər arvadına talaq verməyə razı deyilsə, qadın öz talağını şəri hakim vasitəsilə ala bilər. Kişi də belə hallarda qadına talaq verə bilər.

Kafirlərdən alınan yeyinti məhsulları

Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?

Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت