Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Zinadan hamilə olan qadının iddəsi

Zinadan hamilə olan qadın onunla zina edən şəxslə və ya qeyrisi ilə evlənir. Burada iddəyə ehtiyac varmı? Əgər əri, evlənəndən sonra ona talaq versə, iddəsi varmı? İddəsi olan təqdirdə, onun iddəsi əbədul-əcələyndir (iki iddədən ən uzun müddətlisini saxlamaq), yoxsa iqra (üç dəfə pak olma) iddəsi?

Zinadan hamilə olan qadının iddəsi yoxdur və zina edən şəxslə və qeyrisi ilə nikah bağlaya bilər. Əgər onun talağını versə, iddəsi iqra ilədir və yaxud 3 aydır və doğuş meyar deyil. Yaxınlıq baş verməmiş təmizliyə (tohre qeyri-müvaqəə) gəldikdə isə, hamilədə bu şərt lazım olmadığına görə, ona talaq verə bilər. Buna görə də aybaşı olmursa, üç ay gözləyib sonra ərə gedə bilər.

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə

Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz: 1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır? 3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?

1)Onun məvacibi arvadına aid olmuşdur. 2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır. 4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.

Qruplar: Ər-arvad

Risaləyə əməl etməyin “müczi” olmasının mənası

. Adətən risalələrin əvvəlində ona əməl etməyin caiz olduğunun yazılması digərlərini inkar etmək mənasınadır? Camaat gözəl bəyan qabiliyyəti olmadığına görə tanınmamış qalan müctəhid barəsində məsuliyyət daşıyırmi?

Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت