Əzadarlıq mərasimlərində təbil çalmaq
İmam Hüseynin (ə) matəm, əzadarlıq məclislərində təbil çalmağın hökmü nədir?
Hüseynçi adət-ənənələrə, şüarlara təzim etmək qürbətlərin (Allaha yaxınlaşma yollarının) ən yaxşılarındandır və (bunun üçün) hər ağlabatan vasitələrdən istifadə etmək olar. Təbildən istifadə etmək fəsad məclislərinə uyğun olan musiqilərdən olmasa, eybi yoxdur.
Zinadan hamilə olan qadının iddəsi
Zinadan hamilə olan qadın onunla zina edən şəxslə və ya qeyrisi ilə evlənir. Burada iddəyə ehtiyac varmı? Əgər əri, evlənəndən sonra ona talaq versə, iddəsi varmı? İddəsi olan təqdirdə, onun iddəsi əbədul-əcələyndir (iki iddədən ən uzun müddətlisini saxlamaq), yoxsa iqra (üç dəfə pak olma) iddəsi?
Zinadan hamilə olan qadının iddəsi yoxdur və zina edən şəxslə və qeyrisi ilə nikah bağlaya bilər. Əgər onun talağını versə, iddəsi iqra ilədir və yaxud 3 aydır və doğuş meyar deyil. Yaxınlıq baş verməmiş təmizliyə (tohre qeyri-müvaqəə) gəldikdə isə, hamilədə bu şərt lazım olmadığına görə, ona talaq verə bilər. Buna görə də aybaşı olmursa, üç ay gözləyib sonra ərə gedə bilər.
Yeyilməsi haram olan su heyvanlarının alveri
Yeyilməsi haram olan heyvanlar hətta sudan diri halda çıxarılsa da, murdar hökmündədirmi? Alğı-satqısı haramdırmı? ( Çünki, onlardan digər məqsədlər, o cümlədən qaramal və toyuq yemi kimi bəzən də sənayedə istifadə olunur.)
Onların digər mənfəətlər (məqsədlər) üçün alğı-satqısının eybi yoxdur.
Balığın elektriklə ovlanması
Son zamanlar balıqçılardan bir qrupu balığı elektrik vasitəsilə ovladıqlarını söyləyirlər. Ovlanmış balıq suda ölür və onun ölmüşünü sudan çıxarırlar. Sual bundan ibarətdir ki, halallıq və ya haram olma baxımından belə bir balığın hökmü nədir?
İşkalı var. Yalnız sudan kənarda öldüyü hal istisnadır.
Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə
Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz: 1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır? 3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?
1)Onun məvacibi arvadına aid olmuşdur. 2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır. 4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.
Kişinin öz arvadının hicabına laqeydliyi
Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
Livat edənin həddi-buluğa çatmasında olan şəkk
Bir şəxs bir oğlan uşağı ilə livat etmişdir. Lakin şəkki var ki, bu əməli edəndə həddi-buluğa çatmışdı, ya yox. O oğlan uşağının bacısı, qızı və ya anası ilə evlənməsi caizdirmi?
Əgər livat işini edənin həddi-buluğa çatmasında şübhə varsa, həmin oğlan uşağının bacısı, anası və ya qızı ona haram olmur.
İddədə olan qadınla evlənmək
Bir kişi şəri məsələni bilməməzlik üzündən iddədə olan qadınla daimi və ya müvəqqəti şəkildə evlənmişdirsə, bu qadın ona əbədi haram olurmu? Bilərəkdən olan halda hökmün necə olacağını da bəyan edin.
İki halda əbədi haram olur. Biri budur ki, bilməməzlik üzündən olsa belə evlənib duxul etsin, ikincisi də budur ki, bilərəkdən evlənsin, hətta duxul etməsə də belə.
Müməyyiz uşağın qarşısında örtünmək
Deyilir ki, qadın özünü müməyyiz (yaxşını-pisi ayıra bilən) oğlan uşağından örtməlidir. Oğlan uşağının müməyyiz olmasının hansı yolla və ya yollarla aşkarlandığını buyurun.
Müstəhəbdir ki, özünü belə uşaqdan örtsün. Müməyyiz dedikdə isə, cinsi məsələlərə agah olan uşaq nəzərdə tutulur.
Risaləyə əməl etməyin “müczi” olmasının mənası
. Adətən risalələrin əvvəlində ona əməl etməyin caiz olduğunun yazılması digərlərini inkar etmək mənasınadır? Camaat gözəl bəyan qabiliyyəti olmadığına görə tanınmamış qalan müctəhid barəsində məsuliyyət daşıyırmi?
Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.
Bir şəxsin talağını verdiyi qadınının başqa ərdən dünyaya gətirdiyi qız
Əgər Zeyd həyat yoldaşına talaq versə, o qadın talaq və iddədən sonra digər adamla ailə həyatı qursa və bu nikahdan bir qız uşağı dünyaya gəlsə, o qız nikah yaşına çatandan sonra Zeyd onunla evlənə bilərmi?
İnsanın həyat yoldaşının digər ərdən olan qızı ona məhrəmdir (o qadına düxul şərti ilə). Burada nikahdan öncə və talaqdan sonra dünyaya gələn qızlar arasında fərq yoxdur.
Dövlətin icazəsi olmadan otlaqların mülkiyyətə keçirilməsi
Əvvəllər ümumi otlaq olan torpaqları İslam hökuməti camaat arasında bölüşdürür və lazımi şərtlərə malik olan ayrı-ayrı şəxslərə təhvil verir. Lakin bir qrup şəxs hökumətdən icazəsiz özbaşına oranı şumlayıb öz mülkiyyətlərinə keçirirlər. Onların buna haqqı varmı?
Şəriət baxımından işkalı var.
Digər insanların ərazilərinin həndəvərində bina tikmək
Bir şəxs başqalarının kənd və torpaqlarının ətrafında bina tikdirir. İlk öncə kənd əhalisi bu imarətin binasına mane olmurlar. Lakin onu tikib qurtarandan sonra öz narazılıqlarını bildirirlər. Şəriət baxımından bu imarətin sahibi kimdir?
Kəndin və ya evin ətrafı kənd əhalisinə və ya ev sahibinə məxsusdur. Orada bina tikmək və yaxud ayrı şəkildə istifadə etmək onların icazəsi olmadan caiz deyil.
İki yerdə bir imama iqtida etmək
Bir imam camaat iki yerdə namaz qılır. Həmişə onun yanında olan bir adam, hər iki namazda ona iqtida edə bilərmi?
Məmumun ikinci namazının işkalı var. Amma əgər birinci namazının qüsurlu olmasını ehtimal verirsə, yaxud özü və ya hansısa meyyit üçün qəza namazı niyyəti edərsə, eybi yoxdur.