Daimi əqdin yerinə müvəqqəti əqd siğəsinin oxunması
Qadın kişini daimi kəbinin icrası üçün vəkil tutmuşdursa, kişi isə müvəqqəti kəbinin icra olunduğunu iddia edərsə (özü də bir neçə ildən sonra), kəbinin, mehriyyənin, ər-arvad və uşaqlar arasındakı irsin hökmü nədir?
Kişinin düz dediyinə və müvəqqəti kəbin oxuduğuna yəqini olsa, kəbin batildir, kişi və qadın bir-birindən irs aparmırlar. Lakin uşaqları onlardan irs aparırlar. Amma kişi bu kəbinin batil olmasını bilirdisə, bu halda uşaqlar yalnız qadından irs aparırlar, kişidə yox. Kişi barəsində isə zina cəzası icra edilməlidir və hər bir halda qadının mehrul-mislini (mövcud mehriyyə dəyərini) ödəməlidir.