Sahibsiz torpaqların mülkiyyəti
Fars əyalətinin Lamərd vilayətinin ətrafında yerləşən Gəlledar nahiyəsində yerləşən bir parça sahibsiz torpaq sahəsi 6/2/1352 Hicri-şəmsi tarixində (1973) mənə həvalə edildi. Sözü gedən torpaq sahəsinin mənə həvalə edilməsi üçün o zaman yüz əlli tümən nağd pulu məntəqənin abadlaşdırılması istiqamətində ödədim. O zamanın qanunları əsasında olan bu torpaq verilməsi səhihdirmi? Mənim o torpaq sahəsindən istifadə etməyimi nəzərə alsaq, mən hal-hazırda o torpaq sahəsinin sahibi sayılırammı?
Qeyd olunan şəkildə oradan istifadə etməklə (o torpaqlara sahib olmaqda) üstünlük haqqınız var. Əvəz almaqla və yaxud əvəzsiz olaraq öz haqqınızı başqasının öhdəsinə qoya bilərsiniz. Oranı abadlaşdırmışsınızsa, sahibsiniz.