مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm

Ürəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?

Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni

Qatildən qisas almaq üçün vəliyyi-əmr və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilmədiyi təqdirdə qatillə əlaqədar vəzifə nədir? İcazə verilən zamana qədər, hətta on illər keçsə belə, qatil həbsdə qalmalıdır, yoxsa dərhal azad olunmalıdır? İkinci halda hansı formada təzminat alınmalıdır?

Vəliyyi-əmrin icazəsi lazım deyil. Qazının çıxardığı hökm kifayətdir. Qazı olmasa, möminlər içində adil olan şəxslər şəri hakimin əvəzinə izn verə bilər. Şəri hakim icazə versə, amma qan sahibi razı olmasa, ona son xəbərdarlıq ediləcəkdir ki, ya qisas alsın ya da qatilin razı olduğu təqdirdə diyə alsın. Əgər bunların heç birinə razı olmasa, vəzifə aydın olana kimi vəsiqə (təzminat) təqdim etməklə qatili azad etmək olar.

دسته‌ها: Qisasın hökmləri

Qatilin qisasdan sonra dirilməsi

Bir şəxs qisasa məhkum edilir və can qisası adı ilə edam olunur. Tibbi ekspert onun dünyadan getməsinə dair rəy verir. Amma o, ölüxanada ayılıb özünə gəlir, bu halda: 1) Qisas hökmü öz qüvvəsində qalır, yoxsa qüvvədən düşür?2) Qisas öz qüvvəsində qalırsa, birinci dəfə dar ağacından asmanın diyəsi cinayətkar şəxsə verilməlidirmi?3) Diyə ödəmək kimin öhdəsinə düşür?4) Diyənin ödənmə möhləti nə qədərdir?

Qisas hökmü öz qüvvəsində qalır və qan sahibləri onu tələb edə bilərlər.2 və 3) Əgər cani zədələnsə, üzvü qüsurlu şəklə düşsə və ya digər formada zərər çəksə, ehtiyat vacib budur ki, onun diyəsi beytul-maldan ödənilsin. Bu, o halda ola bilər ki, hökm qazı və onun məmurları tərəfindən icra olunsun və hökmün icrasında heç bir laqeydlik və səhlənkarlıq baş verməsin. 5) Digər diyələr kimidir.

Qisas haqqının mürəkkəb olması

Qisas inhilali (bir neçə hissəyə və haqqa ayrıla bilən) və mürəkkəb (bir neçə hissədən tərkib tapmış) hüquqdur, yoxsa qeyri-inhilali və bəsit?

Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.

Qisasın diyəyə çevrilməsi

Bədənə vurulan xəsarətə (yaraya) görə qisas hökmü verilir. Tibbi ekspert yaranın uzunluğunu və dərinliyini təyin edəndən sonra cinayətkarla zərərçəkən arasında arıqlıq və köklük baxımından fərqlər meydana çıxır. Məsələn, 3 sm dərinlikdə bıçaq yarası köklüyünə görə zərərçəkən üçün o qədər də təhlükəli olmamışdır. Amma cinayətkardan qisas almaq üçün onun bədənini həmin dərinlikdə yaralasalar, arıq olduğuna görə onun üçün hətta ölüm təhlükəsi yarada bilərsə. Bu halda vəzifə nədir? Qisası diyə ilə dəyişmək lazımdırmı? Onlar arasında razılaşma olmasa, vəzifə nədir?

Bu məsələni bir neçə şəkildə təsəvvür etmək mümkündür:1) Qisasda yaranın uzunluğuna, eninə və dərinliyinə riayət etməklə cinayətkarı real təhlükə gözləyirsə və ya (arıqlığına görə) ölüm təhlükəsi ehtimal edilirsə, heç şübhəsiz qisas hökmü diyə ilə dəyişdirilməlidir. Ona görə ki, qisasın ümumi dəlilləri belə hallara şamil olmur və başqa sözlə desək, onlar arasında ürfi uyğunluq (bərabərlik) yoxdur. Bundan əlavə, caifə, münəqqələ və məmumə kimi yaraların qisas – təhlükəsi olduğuna görə – tələb etmədiyini deyən dəlillər də bizim bəhsimizə şamildir. 2) Qarşı tərəf üçün təhlükəsi olmasa, lakin onların bədənləri arasındakı fərq o qədər olsa ki, birinin bədənində 1 sm, digərinin bədənindəki 3 sm - ə bərabər olsun, belə yerdə dərinliyin ölçüsünə olduğu kimi riayət etmək lazım deyil. Çünki, əvvəla, qisasın sübut və dəlillərində əsas sayılan ürfi (xalqın gözündə) oxşarlıq və bərabərlik burada yoxdur. Çünki, misal üçün, arıq adamda 3 sm dərinliyində yara sümüyə çatır, halbuki kök adamda səthi bir yara sayılır. Ona görə də qisasın dəlillərində mövcud olan bərabərlik burada yoxdur. Həmçinin dərinlikdə bərabərliyi qoruyub saxlamağın lazım olduğunu bildirən bir hədis mövcud deyil. İkincisi, "şicac" yarası (üzdə olan yaralar) və ya bütün yaralarla əlaqədar hədislərdə "dərinlik" deyilərkən onun gerçəkləşməsi nəzərdə tutulur (caifə, damiyə, baziə, səmhaq, muzihə və s.). Bilirik ki, bu adların kök və arıq adamlar haqqında gerçəkləşməsi dərinliyin az-çox olmasından asılı deyil. 3) Bu məsələ en və uzunluq baxımından da mülahizə edilməlidir. Əgər misal üçün, bir şəxsin qollarının eni və uzunluğu çox azdırsa (qolları çox kiçikdirsə), digərinin qollarının eni və uzunluğu o birisindən bir neçə dəfə çoxdursa, bu halda uzun qollu insanın qolunu yarısına qədər yaralasalar, bu yara uzunluq baxımından (kiçik qollu) cinayətkarın bütün qolunu əhatə edəcəkdir. Burada da en və uzunluq baxımından bərabərliyi göstərən qane edici bir dəlil mövcud deyil. Əksinə, qisasın mənasında və "Bəqərə" surəsinin 194-cü ayəsində (فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ) sözü gedən oxşarlıq və bərabərlik nisbi oxşarlıq və bərabərlikdir. (Yuxarıda qeyd etdiyimiz kimi, burada en və uzunluqda olan oxşarlıq və bərabərlik nəzərdə tutulmur: Belə bir bərabərlik bəzən bir nəfərin qolunun hamısına aid ola bilər).

دسته‌ها: Qisasın hökmləri
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی