Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Daimi əqdin yerinə müvəqqəti əqd siğəsinin oxunması

Qadın kişini daimi kəbinin icrası üçün vəkil tutmuşdursa, kişi isə müvəqqəti kəbinin icra olunduğunu iddia edərsə (özü də bir neçə ildən sonra), kəbinin, mehriyyənin, ər-arvad və uşaqlar arasındakı irsin hökmü nədir?

Kişinin düz dediyinə və müvəqqəti kəbin oxuduğuna yəqini olsa, kəbin batildir, kişi və qadın bir-birindən irs aparmırlar. Lakin uşaqları onlardan irs aparırlar. Amma kişi bu kəbinin batil olmasını bilirdisə, bu halda uşaqlar yalnız qadından irs aparırlar, kişidə yox. Kişi barəsində isə zina cəzası icra edilməlidir və hər bir halda qadının mehrul-mislini (mövcud mehriyyə dəyərini) ödəməlidir.

Əhli-kitab qadınlarla müvəqqəti evlənmək üsulu

Qərb ölkələrində əhli-katabla müvəqqəti evlənmənin caiz olduğunu fərz etsək, əqd siğəsi ərəb dilində oxunmalıdır, yoxsa 2 nəfər arasında zaman və mehriyə (hədiyyə şəklində) barədə razılaşma əldə etmək kifayətdir?

Ərəb dilini bilmirsə, hər bir dildə oxusa caizdir. Amma onlara başa salmaq lazımdır ki, İslam dinində nikah əqdi iki qisimdir: Onlardan biri müvəqqəti əqddir ki, onun əvəzində hər hansı bir hədiyyə verilir.

Mehrus-sunnənin qiymətində meyar

İndiki zamanda sikkəli dirhəm olmadığı üçün mehrus-sunnənin qiymətində meyar ümumi gümüşün dəyəridirmi?

Sikkəli dirhəm olmadığı şəraitdə, belə fərz etməliyik ki, əgər mövcud olan gümüş sikkəli və işlənən (tədavüldə) olsaydı, onun qiymətinə nə qədər əlavə olunardı, bu qiymət fərqini təxmini şəkildə hesablayıb ona artıraq. Bu hökmün müstəhəbbi bir hökm olduğuna görə təxmini mühasibələrin burada ziyanı yoxdur.

Qruplar: Mehriyyə

“Yovmiddin” ifadəsində “ya” hərfini zəmmə ilə tələffüz etmək

Bir kəs namazda “Həmd” surəsini qiraət edərkən “Maliki yovmiddin” cümləsində “yovm” sözünün, “ya” hərfini zəmmə ilə tələffüz edir. Bir halda ki, onu səhih tələffüz edə də bilərdi, lakin məsələnin hökmünü bilmirdi. Onun namazları səhihdirmi? Yoxsa onları yenidən qəza etməsi lazımdır?

Əgər məqsəd, “ya” hərfinin hərəkəsinin zəmməni xatırlatmasıdırsa, bunun eybi yoxdur. Çünki, belə hallarda ərəblər də bu şəkildə tələffüz edirlər. Amma əgər aşkar şəkildə ona zəmmə versə, müşküldür. Cahili-qasir olduğu təqdirdə isə zərəri (eybi) yoxdur.

Bilərəkdən pozduğu orucun saylarında olan şəkk

Bir kəs bilərəkdən Ramazan ayının bir neçə gününün orucunu pozmuşdur. Lakin onun dəqiq sayını bilmir. Onun vəzifəsi nədir?

Neçə günün orucunu pozduğuna yəqini varsa, həm qəzasını yerinə yetirməli, həm də hər gün üçün kəffarə verməlidir. Əgər yükü ağır olsa və gücü çatmasa, Şəriət risaləsində 1402-ci məsələdə dediklərimizə uyğun əməl etsin.

Qiraəti səhih olmayan bir kəsi əcir tutmaq

Namazı çox da kamil olmayan bir şəxs, özü üçün və ya başqasının tərəfindən naib olaraq həccə gedərsə, təvaf namazını qıldırmaq üçün başqasını naib tuta bilərmi?

Özü üçün həccə gedərsə, bacardığı qədər yerinə yetirməli və çalışmalıdır ki, mümkün qədər namazının qiraətini islah etsin. Lakin qiraəti səhih olmadığı təqdirdə digərlərinin yerinə naib olması işkallıdır.

Qruplar: İfrad həcci

Qızılın qızılla müamiləsi

Qiymət artımı ilə qızılın qızıla satılmasının hökmü nədir? Bu kimi müamilələrin şəri cəhətdən həlli yolu nədir?

Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت