Evlənməzdən öncə verilən hədiyyələrin hökmü
(Nişan mərasimində) oğlan ilə qızın şirnisini yeyəndən sonra, oğlan və onun ailə başçıları gəlin və onun ailəsi üçün müəyyən hədiyyələr aparırlar. Onların arasında olan nişan pozularsa və ya oğlanla qızdan biri vəfat edərsə, bu hədiyyələrin hökmü nədir?
Sərf olunmayan şeyləri qaytarmalıdırlar, sərf olunan şeylər qarşısında isə borclu deyillər.