Azanın cümlələrində ardıcıllığı gözləmək
Məsələ 851: Əgər azan və iqamənin sözləri qarışıq şəkildə deyilsə, məsələn, əvvəlcə “Əşhədu ənnə Muhəmmədən rəsulullah” sonra “Əşhədu ənla ilahə illəllah” söylənilsə, əvvələ qayıdıb ardıcıllığı gözləmək lazımdır.