“Filan” qadının əri var deyən insanın sözü
Məsələ 2103: Bir nəfər hansısa bir qadınla evlənsə və digər bir şəxs o arvadın ərli olduğunu söyləsə və qadının özü ərsiz olduğunu desə və həm də şəriət hökmlərinə əsasən (bu) məsələ sübuta yetməsə, qadının sözü qəbul edilməlidir. Lakin e’timadlı bir mö’min onun ərli olmasını təsdiq etsə, vacib ehtiyata əsasən, ona təlaq verməlidir.