Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
مسئله شماره And içməyin şərtləri And içmək

And içməyin şərtləri

Məsələ 2300: Bir şəxs aşağıdakı şərtlər ödənməklə and içərsə, andına əməl etməlidir. Əks təqdirdə kəffarə ödəməsi vacibdir.1. And içən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Öz malı ilə bağlı and içən şəxs səfeh olmamalıdır. Şər’i hakim bir şəxsə malını sərf etməyi qadağan edərsə, həmin şəxs malı ilə bağlı and içə bilməz. And məqsədli və könüllü olmalıdır. Bu səbəbdən də uşağın, ağılsız şəxsin və məcbur edilənin andı düzgün sayılmır. Bir şəxs əsəbləşərək istəksiz və məqsədsiz and içərsə düzgün deyil.2. Andda nəzərdə tutulan iş haram və məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etməklə bağlı and içmək olmaz. Mübah bir işi yerinə yetirməklə bağlı and içilərsə, bu işin tərk edilməsi yerinə yetirilməsindən üstün sayılmamalıdır. Eləcə də mübah bir işi tərk etməklə bağlı and içildikdə həmin işin yerinə yetirilməsi tərk olunmasından üstün sayılmamalıdır.3. Allahın adlarından birinə and içmək olar. Bu ad təkcə Allaha məxsus “Allah” adı və ya başqa ünvanlara da işlənən adlardan ola bilər. Sadəcə deyiləndən mə’lum olmalıdır ki, nəzərdə Allah tutulub. Amma bir şəxs Allahı nəzərdə tutmadan and içdikdə onun Allaha and içdiyi düşünülərsə, vacib ehtiyata əsasən, həmin anda əməl etməlidir.4. And dilə gətirilməlidir.Andı qəlbdən keçirmək bəs etmir.Yazı ilə anda vacib ehtiyata əsasən əməl olunmalıdır.Amma lal adam işarə ilə and içə bilər.5.Anda əməl etmək onun üçün mümkün olmalıdır.Odur ki,əgər and içdiyi zaman onun üçün mümkün və sonradan aciz olarsa və yaxud məşəqqətə düşərsə bu hal onda yaranandan onun amdı pozulmuş sayılıacaqdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی