مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباشماره مسئله
مسئله شماره 846Azan demək lazım olmayan hallar

Camaat namazından sonar sıralar pozulmayıbsa

Məsələ 846: Bir şəxs camaat namazı qılmaq üçün məscidə getsə və camaat namazının başa çatdığını görsə, namazın cərgələri pozulmayan halda vacib ehtiyat budur ki, öz namazı üçün azan və iqamə deməsin. Bir şərtlə ki, öncəki cəmiyyət namazında azan və iqamə deyilmiş olsun.

مسئله شماره 847Azan demək lazım olmayan hallar

Bir qrup camaat namazı qılan yer

Məsələ 847: Bir qrup şəxs camaat namazına məşğul ikən və ya bu namazı yenicə bitirdikləri vaxt onların cərgələri dağılmamış başqa bir şəxs fərdi və ya camaatla namaz qılmaq istəsə, azan və iqamə söyləmir. Bir şərtlə ki, öncəki namaz üçün azan və iqamə deyilsin, bu namaz düzgün olsun, hər iki namaz bir məkanda, vaxtında (əda), eyni vaxtda və məsciddə olsun.

مسئله شماره 855Azanın hökmləri və müəzzinin şərtləri

Azan deyilməsində şəkk

Məsələ 855: Əgər bir şəxs iqaməni deməzdən öncə şəkk etsə ki, azan deyib yoxsa yox, azanı söyləsin. Əgər iqaməni deməyə başlayıbsa şəkkinə əhəmiyyət verməsin. Amma azan və iqamənin cümlələrini düzgün dediyinə şəkk etsə, vacib ehtiyat budur ki, yenidən söyləsin.

مسئله شماره 857Azanın hökmləri və müəzzinin şərtləri

İqamədə müstəhəblər

Məsələ 857: Yaxşı olar ki, insan iqamə deyən zaman bədənini aram saxlasın, iqaməni azandan asta söyləsin, cümlələr arasında azca fasilə buraxsın, azan və iqamə arasında ya bir addım atsın, ya azca otursun, ya səcdəyə getsin, ya dua oxusun, ya da iki rəkət namaz qılsın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی