İrs qruplarının hamısı üçün qisas haqqı
İrsdə ikinci və üçüncü qrupların qisas almaq haqqı varmı?
Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.
Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər:1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur.3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.
Bu şəxslərə tərəf açılan atəşin onları hədəf almaq məqsədilə olduğu sübut olunmayınca, qəsdən adam öldürmə sayılmır.
1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var.2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.
Əgər spirti qəbul edənlər onun ehtimal edilən təhlükəsindən xəbərdar idilərsə, qanı müqabilində kimsə məsuliyyət daşımır. Amma spirti gətirən şəxs onları aldadıb onu içməyin ziyansız olduğunu demişdirsə, bu halda məsuliyyət daşıyır və bu iş "ehtiyatsızlıq üzündən adam öldürmə" sayılır.
Hər kəs bir mömini qəsdən qətlə yetirərsə, hökmü qisasdır. Əgər səhvə yol vermiş və xəta etmişdirsə, onun barəsində İlahi hökm şəriət hakimi tərəfindən icra olunmalıdır.
Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).
Əgər onu bu halda çöllükdə başlı-başına buraxmaq adətən ölümlə nəticələnərsə (adətən belə işin nəticəsi ölümdürsə), qəsdən adam öldürmə sayılır.
Birinci surətdə öldürücü zəhər verən şəxs qatildir və cinayət qəsdən adam öldürmə sayılır. İkinci surətdə isə həkimin səhvi ölümlə nəticələnibsə, qatil həkimdir. Lakin bu qətl ehtiyatsızlıq üzündən adam öldürmə sayılır. Amma onların hər ikisi ölüm hadisəsində müqəssirdirsə, ödəməli olduqları diyə onların adam öldürmədə olan rollarına mütənasib formada olacaqdır.
Qan sahibləri tutub saxlayan və vadar edən şəxslərə güzəştə getsələr, onlara aid olan hökmün icrası üçün heç bir əsas qalmır və bu hökm qisas hökmündə olduğu kimidir. Vadar edən və tutub saxlayan şəxslərin hər ikisinin cəzası azadlıqdan məhrum edilməkdir. Kor etmək isə rainin (tamaşaçı və keşikçi) hökmüdür ki, xüsusi hallarda baş verə bilər.