Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Talaq iddəsinin fəlsəfəsi

Talaq verilmiş qadınların iddə saxlamalarının fəlsəfəsi nədir? Sonsuz qadınlar və ya uşaqlığı götürülmüş qadınlar bu qanundan müstəsnadırlarmı?

Qadınların iddə saxlamalarının müxtəlif fəlsəfələri vardır və yalnız uşağa qalmaq məsələsinə aid deyil. Ona görə də şəriətin qeyd etdiyi bütün hallarda qadın iddə saxlamalıdır, istər sonsuz olsun, istərsə uşaqlığı götürülmüş olsun, istərsə də fərzən bir neçə ilə öz ərindən ayrı yaşamış olsun. Bütün bu hallarda iddə saxlamalıdır.

Zinadan hamilə olan qadının iddəsi

Zinadan hamilə olan qadın onunla zina edən şəxslə və ya qeyrisi ilə evlənir. Burada iddəyə ehtiyac varmı? Əgər əri, evlənəndən sonra ona talaq versə, iddəsi varmı? İddəsi olan təqdirdə, onun iddəsi əbədul-əcələyndir (iki iddədən ən uzun müddətlisini saxlamaq), yoxsa iqra (üç dəfə pak olma) iddəsi?

Zinadan hamilə olan qadının iddəsi yoxdur və zina edən şəxslə və qeyrisi ilə nikah bağlaya bilər. Əgər onun talağını versə, iddəsi iqra ilədir və yaxud 3 aydır və doğuş meyar deyil. Yaxınlıq baş verməmiş təmizliyə (tohre qeyri-müvaqəə) gəldikdə isə, hamilədə bu şərt lazım olmadığına görə, ona talaq verə bilər. Buna görə də aybaşı olmursa, üç ay gözləyib sonra ərə gedə bilər.

Müsəlman olan zərdüştün iddəsi

İki ildir ki, İslam dinini qəbul etmişəm və 6 ay olar ki, zərdüşt dinindən olan ərimdən ayrılmışam. Bütün bunları nəzərə almaqla mən necə iddə saxlamalıyam?

Əgər İslam dinini qəbul etmənizdən iki il keçirsə, İslamı qəbul etdiyiniz zamandan sizin iddəniz başlamışdır. Ərinizin bu işdən xəbəri var idisə və sizin iddəniz zamanında müsəlman olmamışdırsa, iddəniz sona çatmış və o ərinizdən ayrılmışsınız. Talağa da ehtiyac yoxdur.

Talaqda ərin iddiasını qəbul etmək

Təlaq ərin sadəcə olaraq “Mən ona talaq vermişəm” – deyə iddiası ilə sübuta yetirmi ki, bu sözlərlə qadının ərə getmək hüququ olsun və nəfəqə (xərclik) haqqı qüvvədən düşsün? Yoxsa mütləq iki adil şəxsin şahidliyi ilə olmalıdır?

Bu barədə fəqihlərin arasında fikir ayrılığı vardır. Mərhum Mühəqqiq Qummi özünün “Cameuş-şitat” kitabında və Mühəqqiq Yəzdi “Ürvə” kitabına etdiyi əlavələrdə bu barədə ətraflı şəkildə bəhs açmışlar. Dəlillər məcmusundan məlum olur ki, kişinin sadəcə (belə bir) iddia etməsi ilə verilən talaq işkalsız deyil, əksinə onun üçün dəlil və sübut gətirmək lazımdır.

Ərinə tabe olmayan qadının talaq üçün vəkil olmasının şərti

Əgər qadın ərinin digər bir qadınla evlənəcəyi təqdirdə talaq vermək üçün onun tərəfindən vəkalətə malik olacağını şərt etsə, bu halda ər arvadının onunla yola getmədiyinə görə ikinci arvadı alsa, yenə də birinci həyat yoldaşı talaqda vəkildirmi?

Zahirən bu şərt belə bir hala aid deyil. Çünki qoyduqları bu şərtdə məqsəd kişinin bir arvadla qənaətlənməsi idi. İndi isə, birinci qadın ailə həyatının hüquqlarını ayaq altına salaraq kişini çıxılmaz vəziyyətdə qoymuşdursa, o şərtə əməl etmək üçün heç bir yol qalmır. Yəni, qadının talaq üçün vəkaləti olmayacaqdır.

Zövcəni asılı vəziyyətdə saxlamaq və talaqdan imtina etmək

Həyat yoldaşı barəsində öz öhdəliklərinə və vəzifəsinə əməl etməyən və ona talaq da vermək istəməyən kişinin hökmü nədir?

Bu kişi öz öhdəliklərinə əməl etməlidir. Əgər arvadı qərarsız vəziyyətdə saxlasa və bu qadın barəsində öz şəri vəzifələrinə əməl etmək istəməsə, şəriət hakimi onu talaq verməyə məcbur edəcək və talaq vermədiyi təqdirdə şəriət hakiminin özü qadının istəyi ilə ona talaq verə bilər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت